Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub

Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Noyabrın 4-də tanınmış dirijor, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun 65 yaşı tamam olub. Bu münasibətlə Mədəniyyət Nazirliyində sənətkarla görüş keçirilib. SİA xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə musiqi xadimini nazirliyin kollektivi və mədəniyyət ictimaiyyəti adından təbrik edib, ona xoş arzularını çatdırıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyətin digər sahələri kimi, musiqi sahəsinin də inkişafına davamlı diqqət və qayğı göstərilir. Musiqimizin inkişafında xidmətləri olan insanların əməyi yüksək qiymətləndirilir. Yalçın Adıgözəlov da bu sahədəki fəaliyyətinə görə "Xalq artisti" fəxri adına layiq görülüb, "Şöhrət" ordeni ilə təltif olunub.

Qeyd olunub ki, Yalçın Adıgözəlov klassik repertuara malik çoxsaylı Bakı premyeralarının təşkilini və Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada aktiv təbliğatını həyata keçirərək, ölkəmizdə və xaricdə simfonik orkestrlərlə geniş konsert fəaliyyəti göstərib.

Görüşdə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə yubilyara nazirliyin fəxri diplomu təqdim edilib.

Yalçın Adıgözəlov yaradıcılığına verilən qiymətə və təbrikə görə təşəkkürünü bildirib.

Söhbət zamanı musiqi sahəsinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, professor Yalçın Adıgözəlov 30 ilə yaxındır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə də məşğuldur. Onun tələbələri hazırda respublikanın aparıcı dirijorlarıdır. Xalq artisti 2023-cü ildən Heydər Əliyev Sarayının nəzdində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri-baş dirijorudur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see228

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see147

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see125

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see117

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see113

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see113

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see112

Türkiyə bu halda hərbi gücə baş vuracaq Ankaranın 7 maddəlik Suriya strategiyası məlum oldu

18 İyul 2025 15:18see112

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see112

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see112

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see111

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see111

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see111

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see111

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see111

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see111

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see110

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see110

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see108

Beşiktaş Kerem Aktürkoğluyu transferə hazırlaşır İki oyunçu və pul təklif olunub

18 İyul 2025 16:30see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri