Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Dəfələrlə Mədəniyyət nazirinə müraciət ünvanlamışam, məktublar da yazmışam, cavab gəlsə də, heç bir şey etməyiblər.
Mən dublyajla bağlı müraciət etmişdim. Orxan Fikrətoğlunun rəhbərlik etdiyi agentliyə yönləndirdilər.
O da dedi ki, “siz sponsor tapın, sonra sizə dəstək olarıq”. Hər şey pulun başında dayanıb.
Nə ziyalısına hörmət var, nə də böyük şəxsiyyətlərin övladlarına qayğı. Heç nə etmirlər, boş-boşuna vəzifədə oturublar.
Mən peşəkar dublyaj aktyoruyam və bu sahədə biliklərim çoxdur. Nə vaxta qədər Azərbaycanda rus və türk dillərində filmlər izləyəcəklər?
Buna yüksək səviyyədə kömək etməyə hazıram. Özüm də işsizəm, neçə dildə danışıram, ali savadlıyam, amma bir işlə təmin etmirlər.
Mədəniyyət nazirliyi bu biyabırçılığı yığışdırıb, sənətkarların qayğısına qaymalıdır.