Icma.az
close
up
RU
“Mədəniyyət Nazirliyinə iş üçün müraciət etdim, dedilər ki, sponsor tap, sonra dəstək olarıq” FOTO+ÖZƏL

“Mədəniyyət Nazirliyinə iş üçün müraciət etdim, dedilər ki, sponsor tap, sonra dəstək olarıq” FOTO+ÖZƏL

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Dəfələrlə Mədəniyyət nazirinə müraciət ünvanlamışam, məktublar da yazmışam, cavab gəlsə də, heç bir şey etməyiblər. Mən dublyajla bağlı müraciət etmişdim. Orxan Fikrətoğlunun rəhbərlik etdiyi agentliyə yönləndirdilər. O da dedi ki, “siz sponsor tapın, sonra sizə dəstək olarıq”. Hər şey pulun başında dayanıb. Nə ziyalısına hörmət var, nə də böyük şəxsiyyətlərin övladlarına qayğı. Heç nə etmirlər, boş-boşuna vəzifədə oturublar. Mən peşəkar dublyaj aktyoruyam və bu sahədə biliklərim çoxdur. Nə vaxta qədər Azərbaycanda rus və türk dillərində filmlər izləyəcəklər? Buna yüksək səviyyədə kömək etməyə hazıram. Özüm də işsizəm, neçə dildə danışıram, ali savadlıyam, amma bir işlə təmin etmirlər. Mədəniyyət nazirliyi bu biyabırçılığı yığışdırıb, sənətkarların qayğısına qaymalıdır. Belə şey olar?”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın oğlu Eldar Aslan deyib.

O daha sonra əlavə edib:

“Bir müddət əvvəl Akademik Milli Dram teatrında atamın yubileyi qeyd olundu. Atamın yubileyinə qarşı böyük sayğısızlıq gördüm. Başdansovdu edib mənə 9-10-cu sırada yer göstərdilər. Adam 1 ay əvvəlcədən bir hal-əhval tutar, yubiley haqda arzuları soruşar. Sən 90 illik yubileyi bir dəfə qeyd edirsən. O vaxt belə şey yox idi. Yubileyi qeyd olunan sənətkarın ailə üzvlərinə ya lojalarda, ya da ön sıralarda yer ayırırdılar, güllər təqdim edirdilər, servis avtomobilləri onları gətirib gəlirdi. Biz bunları görə-görə gəlmişik. Mənə əsəbləşmək olmaz. Teatrdan deyiblər ki, “yubiley keçiririk, qardaşı rəhmətə gedib onu dəfn etmişik, başdaşı qoymuşuq,  Təzəpir məscidində ehsan vermişik”. Bu kimi sözlər lazımsızdır. Siz öz cibinizdən pul xərcləməmisiz! Dövlət sizə maliyyə ayırıb və o büdcədən xərcləyirsiz. Tədbiri də həmçinin həmin pulla qeyd edirsiniz. Bu sizin işçi borcunuzdur. Buna görə maaş alırsınız. Böyük-böyük danışmaq olmaz. Nə o Mehriban Ələkbərzadə mənə zəng etdi, nə də digərləri.. Atamın vaxtında onun kölgəsində oturub-dururdular, “buyur-buyur” deyib ona yer verirdilər. İndi heç biri zəng edib övladını nə rəsmi şəkildə dəvət edir, nə də başsağlığı verir. Siz orada nə işlə məşğulsuz? Siz o vəzifələrdə niyə oturmusuz?”, - deyə sənətkarın övladı bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri