Mədəniyyət Nazirliyinin tenderi ləğv olunub

06.03.2025

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsi ləğv olunub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.1.-ci maddəsi göstərilib.
Qanunun qeyd olunan maddəsində göstərilir ki, müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda müsabiqə ləğv olunur.
Qeyd edək ki, tenderin keçirilməsində məqsəd Quba şəhərində yerləşən Memorial Soyqırım Kompleksində cari təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması olub.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью