Mədəniyyət Nazirliyinin tenderi ləğv olunub
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsi ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.1.-ci maddəsi göstərilib.
Qanunun qeyd olunan maddəsində göstərilir ki, müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda müsabiqə ləğv olunur.
Qeyd edək ki, tenderin keçirilməsində məqsəd Quba şəhərində yerləşən Memorial Soyqırım Kompleksində cari təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması olub.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Mədəniyyət Nazirliyinin tenderi ləğv olundu
16 İyul 2025 14:49
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi cərimələnib
20 Dekabr 2024 17:53
Mədəniyyət Nazirliyinin mətbu orqanları bağlanıb
01 Fevral 2025 14:26
Mədəniyyət Nazirliyinin mətbu orqanları bağlanır
11 Dekabr 2024 16:23
Baxış sayı:87
Bu xəbər 06 Mart 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















