Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 21 oktyabr, AZƏRTAC Avropa İttifaqının bir neçə ölkəsinin lideri ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüşdə iştirak etmək niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Avropa liderləri, həmçinin təkcə bu görüşdə deyil, gələcək danışıqlarda da Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakına çalışacaqlar.
Bundan əlavə, Avropa İttifaqı ölkələri Ukraynanın ərazi güzəştlərinə getməsinin əleyhinədir.
Onların fikrincə, Donald Tramp administrasiyası bu mövqeni dəstəkləsə, Estoniya, Latviya və Litva kimi ölkələrə ciddi təhdid yaranacaq və eyni zamanda, Avropada genişmiqyaslı silahlanma prosesi sürətlənəcək.
Xatırladaq ki, oktyabrın 16-da Vladimir Putinlə telefon danışığından sonra Donald Tramp yaxın vaxtlarda onunla Budapeştdə görüşəcəyini bəyan edib.
Oktyabrın 17-də Donald Tramp Vaşinqtonda Volodimir Zelenski ilə görüşüb.