Icma.az
close
up
RU
Media: Avropa İttifaqının bəzi liderləri Putin və Trampın görüşündə iştirak etmək istəyirlər

Media: Avropa İttifaqının bəzi liderləri Putin və Trampın görüşündə iştirak etmək istəyirlər

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 21 oktyabr, AZƏRTAC

Avropa İttifaqının bir neçə ölkəsinin lideri ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüşdə iştirak etmək niyyətindədirlər.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Avropa liderləri, həmçinin təkcə bu görüşdə deyil, gələcək danışıqlarda da Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakına çalışacaqlar.

Bundan əlavə, Avropa İttifaqı ölkələri Ukraynanın ərazi güzəştlərinə getməsinin əleyhinədir. Onların fikrincə, Donald Tramp administrasiyası bu mövqeni dəstəkləsə, Estoniya, Latviya və Litva kimi ölkələrə ciddi təhdid yaranacaq və eyni zamanda, Avropada genişmiqyaslı silahlanma prosesi sürətlənəcək.

Xatırladaq ki, oktyabrın 16-da Vladimir Putinlə telefon danışığından sonra Donald Tramp yaxın vaxtlarda onunla Budapeştdə görüşəcəyini bəyan edib.

Oktyabrın 17-də Donald Tramp Vaşinqtonda Volodimir Zelenski ilə görüşüb. Görüşdə həm Ukraynaya silah tədarükü, həm də Budapeştdə planlaşdırılan ABŞ-Rusiya sammiti müzakirə olunub. Görüşdən sonra Ukraynanın dövlət başçısı mətbuata açıqlamasında Donald Trampın komandasının ondan Donbasdan geri çəkilməsini tələb etdiyini bildirib. Həmçinin medianın məlumatına görə, Ağ Ev Ukraynaya “Tomahawk” qanadlı raketlərinin tədarükündən vaz keçib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see197

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see164

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see159

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see149

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see146

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see140

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see136

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see130

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see129

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see127

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see118

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri