Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 27 yanvar, AZƏRTAC
Danimarka ABŞ ilə Qrenlandiyanın müdafiəsinə dair 1951-ci il müqaviləsinin yenidən nəzərdən keçirilməsini müzakirə etməyə hazırdır, lakin adanın suverenliyinin başqa tərəfə verilməsi ehtimalını istisna edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen “The New York Times” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, suverenliyin ötürülməsi Danimarka və Avropa müttəfiqləri üçün “qırmızı xətt”dir.
Baş nazir NATO-nun Baş katibi Mark Ruttenin Danimarka adından bu mövzuda danışıqlar aparmaq səlahiyyətinin olmadığını vurğulayıb. O, həmçinin Danimarkanın Arktika bölgəsində NATO-nun daimi iştirakının gücləndirilməsində maraqlı olduğunu qeyd edib.