Media: Danimarka ABŞ ilə 1951 ci il müqaviləsinin yenilənməsini müzakirə etməyə hazırdır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 27 yanvar, AZƏRTAC
Danimarka ABŞ ilə Qrenlandiyanın müdafiəsinə dair 1951-ci il müqaviləsinin yenidən nəzərdən keçirilməsini müzakirə etməyə hazırdır, lakin adanın suverenliyinin başqa tərəfə verilməsi ehtimalını istisna edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen “The New York Times” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, suverenliyin ötürülməsi Danimarka və Avropa müttəfiqləri üçün “qırmızı xətt”dir.
Baş nazir NATO-nun Baş katibi Mark Ruttenin Danimarka adından bu mövzuda danışıqlar aparmaq səlahiyyətinin olmadığını vurğulayıb. O, həmçinin Danimarkanın Arktika bölgəsində NATO-nun daimi iştirakının gücləndirilməsində maraqlı olduğunu qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 27 Yanvar 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















