Mediada istehlakçı hüquqlarının müdafiəsi

21.11.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Media nümayəndələri üçün “İstehlakçıların əsas hüquqları və onla­rın müdafiəsi vasitələri” mövzusunda keçirilən təlimdə istehlakçıların əsas hüquqları və onların müdafiəsi üsulları izah olundu, bu sahədə icti­mai məlumatlılığın artırılması tədbirləri geniş müzakirə edilib. Təlimdə müxtəlif media qurumlarını təmsil edən 40-a yaxın jurnalist iştirak edib.

Maarifləndirmə aksiyası istehlakçı hüquqları sahəsində iştirakçıların biliklə­rinin artırılması və ictimaiyyətin düzgün məlumatlandırılmasında medianın rolunun gücləndirilməsi məqsədilə təşkil olunmuşdu.

***

Təlim çərçivəsində Antiinsihar və İs­tehlak Bazarına Nəzarət Dövlət Agentliyi­nin şöbə müdiri Yusif Tapdıqlı istehlakçıla­rın əsas hüquqları, eləcə də sərbəst seçim, məlumat almaq və digər hüquqlar, lazımi keyfiyyətli qeyri-qida mallarının dəyişdi­rilməsi qaydaları, qüsurlu mal əldə etdikdə atılmalı addımlar və elektron ticarət zama­nı diqqət edilməli məsələlərdən bəhs etdi. O qeyd etdi ki, “İstehlakçıların hüquqla­rının müdafiəsi haqqında” Qanuna əsaslı dəyişikliklər ediləcək: “1995-ci ildə qəbul olunmuş qanuna indiyədək bir sıra dəyişik­liklər edilib. Yaxın gələcəkdə qanuna əsaslı dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bununla bağlı müvafiq qurumlarla müza­kirələr aparılır”. 

Yusif Tapdıqlı agentliyin istehlakçılar ilə münasibətləri çərçivəsində danışarkən bildirdi ki, bu ilin 10 ayı üzrə istehlakçılara qaytarılan vəsait 314 min 997 manat olub. Həmçinin bu müddətdə agentliyə 9260 müraciət daxil olub, 2399 müraciət təmin edilib. Hesabat dövründə 6080 müraciətə baxılması yekunlaşıb, 2312 müraciət aidiy­yəti orqanlara göndərilib. 

Növbəti aylarda icrası davam etdirilən müraciətlərin sayı isə 868-dir. Hesabat dövründə xidmətlərin keyfiyyətsiz və qü­surlu olması ilə əlaqədar 1684, digər isteh­lakçı hüquqlarının pozulması üzrə 1483, müqavilə şərtlərinin pozulması ilə bağlı isə 1097 müraciət qeydə alınıb. İstehlakçının tələbi ilə lazımi keyfiyyətdə malın dəyiş­dirilməməsi və ya qaytarılmaması halları­na görə 608, istehlakçıların aldadılması ilə bağlı 577, sair müraciətlər üzrə 452, ödə­nilmiş vəsaitin geri qaytarılmaması ilə bağ­lı 242, keyfiyyətsiz sertifikatsız malların satılması ilə əlaqədar 184 və istehlakçılara mal/xidmət haqqında məlumat verilməmə­si üzrə 183 müraciət daxil olub.

Y.Tapdıqlı daha sonra qeyd etdi ki, di­gər pozuntu növləri üzrə göstəricilər nis­bətən az olub. Saxlama müddəti ötmüş məhsulların satılması ilə bağlı 62, qiymət intizamının pozulması üzrə 44, dərmanların satış qaydalarının pozulması ilə əlaqədar 9, keyfiyyətsiz dərman vasitələrinin satıl­ması üzrə isə 7 müraciət daxil olub. Dövlət Agentliyi 10 ayda 41 protokol tərtib edib. 

Satılmış malın dəyişdirilməsi və yaxud geri qaytarılması qaydalarının pozulması üzrə 2, elektron siqaretlərin və yaxud onla­rın komponentlərinin satışı və yaxud satış məqsədilə saxlanılması üzrə 1, qiymət inti­zamının pozulması üzrə 1, malların, işlərin və xidmətlərin qiymətinin manatda göstəril­məməsi üzrə 1, istehlakçının mal haqqında məlumat almaq hüququnun pozulması üzrə 1, standartların tələbinə cavab verməyən malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi üzrə 1, müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi üzrə 1 protokol tərtib edilib”.

Sonda media mənsublarının mövzu ilə bağlı sualları cavablandırılıb, praktiki nü­munələr üzərindən izahlar verilib.

Musa BAĞIRLI

XQ

Lənkəran

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью