Mediada istehlakçı hüquqlarının müdafiəsi
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Media nümayəndələri üçün “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi vasitələri” mövzusunda keçirilən təlimdə istehlakçıların əsas hüquqları və onların müdafiəsi üsulları izah olundu, bu sahədə ictimai məlumatlılığın artırılması tədbirləri geniş müzakirə edilib. Təlimdə müxtəlif media qurumlarını təmsil edən 40-a yaxın jurnalist iştirak edib.
Maarifləndirmə aksiyası istehlakçı hüquqları sahəsində iştirakçıların biliklərinin artırılması və ictimaiyyətin düzgün məlumatlandırılmasında medianın rolunun gücləndirilməsi məqsədilə təşkil olunmuşdu.
***
Təlim çərçivəsində Antiinsihar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Yusif Tapdıqlı istehlakçıların əsas hüquqları, eləcə də sərbəst seçim, məlumat almaq və digər hüquqlar, lazımi keyfiyyətli qeyri-qida mallarının dəyişdirilməsi qaydaları, qüsurlu mal əldə etdikdə atılmalı addımlar və elektron ticarət zamanı diqqət edilməli məsələlərdən bəhs etdi. O qeyd etdi ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsaslı dəyişikliklər ediləcək: “1995-ci ildə qəbul olunmuş qanuna indiyədək bir sıra dəyişikliklər edilib. Yaxın gələcəkdə qanuna əsaslı dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bununla bağlı müvafiq qurumlarla müzakirələr aparılır”.
Yusif Tapdıqlı agentliyin istehlakçılar ilə münasibətləri çərçivəsində danışarkən bildirdi ki, bu ilin 10 ayı üzrə istehlakçılara qaytarılan vəsait 314 min 997 manat olub. Həmçinin bu müddətdə agentliyə 9260 müraciət daxil olub, 2399 müraciət təmin edilib. Hesabat dövründə 6080 müraciətə baxılması yekunlaşıb, 2312 müraciət aidiyyəti orqanlara göndərilib.
Növbəti aylarda icrası davam etdirilən müraciətlərin sayı isə 868-dir. Hesabat dövründə xidmətlərin keyfiyyətsiz və qüsurlu olması ilə əlaqədar 1684, digər istehlakçı hüquqlarının pozulması üzrə 1483, müqavilə şərtlərinin pozulması ilə bağlı isə 1097 müraciət qeydə alınıb. İstehlakçının tələbi ilə lazımi keyfiyyətdə malın dəyişdirilməməsi və ya qaytarılmaması hallarına görə 608, istehlakçıların aldadılması ilə bağlı 577, sair müraciətlər üzrə 452, ödənilmiş vəsaitin geri qaytarılmaması ilə bağlı 242, keyfiyyətsiz sertifikatsız malların satılması ilə əlaqədar 184 və istehlakçılara mal/xidmət haqqında məlumat verilməməsi üzrə 183 müraciət daxil olub.
Y.Tapdıqlı daha sonra qeyd etdi ki, digər pozuntu növləri üzrə göstəricilər nisbətən az olub. Saxlama müddəti ötmüş məhsulların satılması ilə bağlı 62, qiymət intizamının pozulması üzrə 44, dərmanların satış qaydalarının pozulması ilə əlaqədar 9, keyfiyyətsiz dərman vasitələrinin satılması üzrə isə 7 müraciət daxil olub. Dövlət Agentliyi 10 ayda 41 protokol tərtib edib.
Satılmış malın dəyişdirilməsi və yaxud geri qaytarılması qaydalarının pozulması üzrə 2, elektron siqaretlərin və yaxud onların komponentlərinin satışı və yaxud satış məqsədilə saxlanılması üzrə 1, qiymət intizamının pozulması üzrə 1, malların, işlərin və xidmətlərin qiymətinin manatda göstərilməməsi üzrə 1, istehlakçının mal haqqında məlumat almaq hüququnun pozulması üzrə 1, standartların tələbinə cavab verməyən malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi üzrə 1, müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi üzrə 1 protokol tərtib edilib”.
Sonda media mənsublarının mövzu ilə bağlı sualları cavablandırılıb, praktiki nümunələr üzərindən izahlar verilib.
Musa BAĞIRLI
XQ
Lənkəran
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 21 Noyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















