Mediaya ayrılan pulun artırılması təklif olunur

16.11.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Hikmət Babaoğlu parlamentin noyabrın 16-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycana qarşı ideoloji təxribatlar həyata keçirilir və buna qarşı ən yaxşı, effektiv mübarizə mediadır.

“Belə olan halda, məsələn, 68 milyon, onun 55,5 milyonu  televiziyalara, 14,5 milyonu media yayıma ayrılır. Gələcəkdə biz  hansı mənbədən müəyyən vəsait ayırıb bu sahəyə verə bilərik və yaxud müstəqil bir mənbə kimi bu sahələri daha da gücləndirə bilərik. Çünki bu gələcəyin çağırışıdır”, - deputat qeyd edib.

H.Babaoğlu eyni zamanda mədəniyyət, incəsənət və kino sahəsində vəsaitin artırılmasını təklif edib.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью