Mediaya ayrılan pulun artırılması təklif olunur
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Hikmət Babaoğlu parlamentin noyabrın 16-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycana qarşı ideoloji təxribatlar həyata keçirilir və buna qarşı ən yaxşı, effektiv mübarizə mediadır.
“Belə olan halda, məsələn, 68 milyon, onun 55,5 milyonu televiziyalara, 14,5 milyonu media yayıma ayrılır. Gələcəkdə biz hansı mənbədən müəyyən vəsait ayırıb bu sahəyə verə bilərik və yaxud müstəqil bir mənbə kimi bu sahələri daha da gücləndirə bilərik. Çünki bu gələcəyin çağırışıdır”, - deputat qeyd edib.
H.Babaoğlu eyni zamanda mədəniyyət, incəsənət və kino sahəsində vəsaitin artırılmasını təklif edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 16 Noyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















