Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Zəngilandan çıxanda iki yaşım var idi, indi ailəm və dörd uşağımla qayıdıram".
Oxu.Az-ın məlumatına görə, bunu bu gün növbəti köç karvanı ilə Zəngilan rayonunun Məmmədbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Məhbubə Həsənova deyib.
O bildirib ki, bu günü səbirsizliklə gözləyib:
"Xatırlamıram oradan çıxdığımız vaxtı. O vaxt iki yaşım olub. Amma həmişə valideynlərim danışırdılar. Mən də ora gedəcəyim günü gözləyirdim. Şükür, bu gün qismət oldu. Allah Prezidentimizə cansağlığı versin. Bu günümüzü şəhid və qazilərimizə borcluyuq. Sevincimin həddi-hüdudu yoxdur".
Samir Əli