Məhbubə Həsənova: Zəngilandan çıxanda iki yaşım var idi, dörd uşağımla qayıdıram
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Zəngilandan çıxanda iki yaşım var idi, indi ailəm və dörd uşağımla qayıdıram".
Oxu.Az-ın məlumatına görə, bunu bu gün növbəti köç karvanı ilə Zəngilan rayonunun Məmmədbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Məhbubə Həsənova deyib.
O bildirib ki, bu günü səbirsizliklə gözləyib:
"Xatırlamıram oradan çıxdığımız vaxtı. O vaxt iki yaşım olub. Amma həmişə valideynlərim danışırdılar. Mən də ora gedəcəyim günü gözləyirdim. Şükür, bu gün qismət oldu. Allah Prezidentimizə cansağlığı versin. Bu günümüzü şəhid və qazilərimizə borcluyuq. Sevincimin həddi-hüdudu yoxdur".
Samir Əli
Baxış sayı:108
Bu xəbər 27 Yanvar 2026 08:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















