Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qatı ermənipərəst senator Robert Menendesin arvadı Nadin Arslanyanın məhkəmə işi davam edir.
Məhkəmə ilə bağlı “Courthouse News Service” saytının yazdığı məqalədə bildirilir ki, Nadin Arslanyan əri, ABŞ-ın sabiq senatoru Robert Menendesi 11 il həbsə göndərən rüşvət və korrupsiya sxemində fəal rol oynayıb.
O, ərinə rüşvət – nağd pul, qızıl külçə və avtomobil verən, yaxud vermək istəyən bir neçə nəfərə vasitəçilik edib.
Bu barədə ABŞ prokurorunun köməkçisi Paul Monteleoni deyib: “Menendes səlahiyyəti satışa çıxarılan senator idi.
Təqsirləndirilən şəxs onun vasitəçisi olub, pulun ödənilməsini tələb edib və həmişə ərini bu məsələ ilə bağlı məlumatlandırıb”.
Monteleoninin sözlərinə, o, Nyu-Cersi ştatından olan iş adamları və hətta, Misir dövlətinin məmuru ilə görüşərək, əslində, satıcı kimi fəaliyyət göstərib.
Daha sonra Arslanyan ərini onların federal səviyyədə araşdırmalardan qorumaq da daxil olmaqla bir sıra tələblərini yerinə yetirməyə təşviq edib.