Icma.az
close
up
RU
Məhbus senator Menendesin arvadı Arslanyan da müttəhim kürsüsündə

Məhbus senator Menendesin arvadı Arslanyan da müttəhim kürsüsündə

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qatı ermənipərəst senator Robert Menendesin arvadı Nadin Arslanyanın məhkəmə işi davam edir. Məhkəmə ilə bağlı “Courthouse News Service” saytının yazdığı məqalədə bildirilir ki, Nadin Arslanyan əri, ABŞ-ın sabiq senatoru Robert Menendesi 11 il həbsə göndərən rüşvət və korrupsiya sxemində fəal rol oynayıb. O, ərinə rüşvət – nağd pul, qızıl külçə və avtomobil verən, yaxud vermək istəyən bir neçə nəfərə vasitəçilik edib. Bu barədə ABŞ prokurorunun köməkçisi Paul Monteleoni deyib: “Menendes səlahiyyəti satışa çıxarılan senator idi. Təqsirləndirilən şəxs onun vasitəçisi olub, pulun ödənilməsini tələb edib və həmişə ərini bu məsələ ilə bağlı məlumatlandırıb”.

Monteleoninin sözlərinə, o, Nyu-Cersi ştatından olan iş adamları və hətta, Misir dövlətinin məmuru ilə görüşərək, əslində, satıcı kimi fəaliyyət göstərib. Daha sonra Arslanyan ərini onların federal səviyyədə araşdırmalardan qorumaq da daxil olmaqla bir sıra tələblərini yerinə yetirməyə təşviq edib.

Hazırda Nadin Arslanyan əri kimi eyni rüşvət sxeminə görə mühakimə olunur. Onun məhkəməsi səhhətindəki problemlərə görə 2025-ci ilə qədər təxirə salınmışdı. O vaxt bildirilmişdi ki, N. Arslanyanın “sağlamlıqla bağlı problemləri” olduğunu federal prokurorlar və hakim ciddi qəbul ediblər. Bu səbəbdən onun məhkəmə prosesinin təxirə salınması istəyini qəbul edərək, işi ayrıca icraata veriblər. N. Arslanyana qarşı isə rüşvətxorluq, dələduzluq, qəsb və ədalət mühakiməsinə mane olmaqla 15 cinayət ittihamı irəli sürülüb.

Yada salaq ki, ABŞ-da erməni lobbisinin əlaltısı olan keçmiş senator Menendes Misir və Nyu-Cersi iş adamlarından siyasi güzəştlər, Qətər rəsmilərinin investisiyalarının təhlükəsizliyinə təminat müqabilində, qızıl külçələr də daxil olmaqla, rüşvət aldığı üçün 11 il həbs cəzasına məhkum edilib.

Menendesin Nyu-Cersidəki evində axtarış zamanı Federal Təhqiqatlar Bürosunun agentləri təxminən yarım milyon dollar məbləğində nağd pul, həmçinin təxminən 150 min dollar dəyərində qızıl külçələr və dəbdəbəli “Mercedes-Benz” kabrioletini aşkara çıxarıblar. Qızıl külçələrin 4-ü oğurluq olub. Onların nömrəsi 2013-cü ildə biznesmen Freyd Daybesin evindən oğurlanan qızıl külçələrlə eyniyyət təşkil edib.

Onu da qeyd edək ki, Menendes Nyu-Cersi ştatının senatorundan daha çox ermənilərin vəkili kimi tanınıb. Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri olduğu dövrdə fəal ermənipərəst mövqeyi və anti-Azərbaycan fəaliyyəti ilə diqqət çəkib. Təsadüfi deyil ki, hər il aprel ayının əvvəllərində Menendes xüsusilə fəallaşıb. O, saxta “erməni soyqırımı”nın ABŞ-da rəsmən tanınması üçün hər il dəridən-qabıqdan çıxıb. Bu məsələdə erməni əsilli arvadı N. Arslanyanın da təsiri az olmayıb.

“Ermənilərin Azərbaycanın təcavüzündən qorunması haqqında” bədnam qanun layihəsinin də müəllifi Menendesdir. O, başına özü kimi ermənipərəst senatorlar Bill Kessidini, Kris Van Holleni, Aleks Padilyanı, Şeldon Uaythausu və Heri Pitersi toplayıb fəaliyyətə keçmişdi. Ümid edirdilər ki, bu işdə nə qədər fəal olsalar Menendes erməni lobbisi və diaspor təşkilatlarından aldığı vəsaitlərdən onlara da yaxşı pay ayıracaq. Amma yanıldılar, onlara qəpik-quruş düşdü.

44 günlük müharibədən sonra isə Menendes xüsusilə fəallaşdı. O, Azərbaycanın Cənubi Qafqazda diktə etdiyi reallıqla qətiyyən barışmadı və fürsət düşdükcə ölkəmizin əleyhinə kampaniyalar apardı.

Yada salaq ki, Menendes ABŞ-ın Azərbaycana helikopter satışına icazə verən qətnaməni, eləcə də Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunmasını əngəlləyib. O, həmçinin ABŞ-ın Azərbaycana hərbi yardımı və Türkiyəyə F-16 qırıcıları və komponentlərinin satışının qarşısını alıb.

Menendes “Dağlıq Qarabağda böhranın qiymətləndirilməsi” mövzusunda dinləmələr də keçirib. İddiasında göstərirdi ki, guya, Azərbaycan Laçın yoluna girişi bağlayıb, “acından ölən Qarabağ erməniləri"nə humanitar yardımın çatdırılmasına imkan vermir. Lakin əvvəlki iddiaları kimi, onun yalançı hay-küyü də nəticəsiz qaldı.

Sonuncu dəfə R.Menendes Ermənistan–Azərbaycan sərhədində baş verənlərdən narahatlığını bildirib. ABŞ Senatında çıxışı zamanı Azərbaycana hərbi yardımı azaltmaq üçün çağırış edib. “Azadlığı Müdafiə Aktı”na edilən 907-ci düzəlişin dondurulma prosesinin dayandırılması ilə bağlı dəfələrlə çıxış edib.

Lakin nə 30 illik senatorluq təcrübəsi, nə də ki, ermənilərin güclü maliyyə dəstəyi B.Menendesi layiq olduğu cəzadan xilas edə bildi. Əvvəl istefa verdi, sonra həbs olundu. Haqq-ədalət öz yerini tapdı.

İndisə törətdiyi cinayətlərə görə cavab vermək növbəsi Nadin Arslanyana çatıb. Onun məhkəməsi davam edir. Prokurorlar açılış çıxışlarında bu qadının “çirkli iş gördüyünü”, iş adamları ilə əlaqə saxladığını, senatora mesajlar ötürdüyünü və rüşvətin böyük hissəsini topladığını iddia ediblər. İttihamnamədə bildirilir ki, senatorun arvadı rüşvətxor ərini Misir ordusu və kəşfiyyatının nümayəndələri ilə tanış edib.

Rüşvət qalmaqalında təqsirini boynuna alan Xose Uribe isə məhkəmə prosesində sabiq senatorun həyat yoldaşına (yəni Nadin Arslanyana) lüks avtomobil aldığını etiraf edib. Bildirib ki, Menendes ştat prokurorunu dostuna qarşı cinayət işini dayandırmağa məcbur etməli idi: “Bunun üçün Arslanyana “Mercedes-Benz” “hədiyyə” etdim. O, məni senatorla bağlayan yeganə insan idi”.

Bu çıxışdan sonra prokuror köməkçisi deyib: “Bu, təsadüf deyil, rüşvətdir”.

Məhkəmə isə sona yaxınlaşır. Artıq prokurorlar Nadinin rüşvət sxemindəki rolu ilə bağlı yekun arqumentlərini söyləyiblər. İnanırıq ki, sonda erməni əsilli bu dələduz qadın əri kimi layiq olduğu cəzanı alacaq.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:288
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Aprel 2025 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri