Mehdiabad qəsəbəsinə mavi yanacağın verilməsi bərpa olunub? VİDEO

26.01.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Abşeron rayonunun Mehdiabad qəsəbəsinə mavi yanacağın verilməsi bərpa olunub".
Bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat katibi Eldəniz Vəliyev deyib.


"Mehdiabad qəsəbəsinin Əhməd Cavad küçəsində gecə saatlarında avtomobilin "Azəriqaz" İB-nə məxsus boru xəttinə çırpılması nəticəsində Birliyə məxsus 57 diametrlik boru xətti ciddi zədələnib. Hadisədən dərhal sonra əməkdaşlarımız hadisə yerində olublar. Xəttin zədələnmiş hissəsi bərpa olunub və artıq abonentlərə mavi yanacağın verilişi tam təmin olunub", - deyə E.Vəliyev bildirib. 
Qeyd edək ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində qaz borusunda yanğın baş verməsi səbəbindən sözügedən küçənin qaz təchizatı dayandırılmışdı.

Oxunub 34

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью