Mehdiabad qəsəbəsinə mavi yanacağın verilməsi bərpa olunub? VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Abşeron rayonunun Mehdiabad qəsəbəsinə mavi yanacağın verilməsi bərpa olunub".
Bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat katibi Eldəniz Vəliyev deyib.
"Mehdiabad qəsəbəsinin Əhməd Cavad küçəsində gecə saatlarında avtomobilin "Azəriqaz" İB-nə məxsus boru xəttinə çırpılması nəticəsində Birliyə məxsus 57 diametrlik boru xətti ciddi zədələnib. Hadisədən dərhal sonra əməkdaşlarımız hadisə yerində olublar. Xəttin zədələnmiş hissəsi bərpa olunub və artıq abonentlərə mavi yanacağın verilişi tam təmin olunub", - deyə E.Vəliyev bildirib.
Qeyd edək ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində qaz borusunda yanğın baş verməsi səbəbindən sözügedən küçənin qaz təchizatı dayandırılmışdı.
Oxunub 34
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 26 Yanvar 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















