GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın gündəmi bir həftədir Ramiz Mehdiyevin həbs xəbəri ətrafında formalaşır. Hər gün yeni məlumatlar yayılır, sirlər açılır.
Uzun müddət dövlətin faktiki ikinci şəxsi olmuş R.Mehdiyevin çevrəsi çox genişdir. Bu qatlar getdikcə aşkar olur.
Yeni adlar, yeni iştirakçılar ortaya çıxır.Oktyabrın 14-də Ramiz Mehdiyevlə bağlı məhkəmənin həbs qərarı çıxarması ölkədə böyük təlatüm yaradıb.
Onun ittiham olunduğu maddələrə diqqət yetirdikdə, məlum olur ki, sabiq Administrasiya rəhbəri ölkədə dövlət quruluşunu zorla dəyişdirmək kimi ağır cinayət əməlinə təşəbbüs göstərib.
Bu məlumatın Azərbaycana Rusiya tərəfindən ötürüldüyü deyilir. Çünki o, bu addımlarına Rusiyadan dəstək istəyirmiş.
Nəticədə, Moskva özünün “5-ci kolon” liderini satıb… Ramiz Mehdiyev hələ vəzifədə olduğu dövrdə xaricdə məskunlaşmış və “söyüş müxalifəti” adlandırılan məlum dəstə ilə əlaqələrinin olduğu deyilirdi.
Onun çevrəsindən həmin şəxslərə maliyyə və xəbərlər ötürüldüyü iddiaları indinin məlumatı deyil.