Icma.az
close
up
RU
Mehdiyevin gizli əlaqələri bu tarixdə bilinib Xüsusi əməliyyat keçirilibmiş...

Mehdiyevin gizli əlaqələri bu tarixdə bilinib Xüsusi əməliyyat keçirilibmiş...

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın gündəmi bir həftədir Ramiz Mehdiyevin həbs xəbəri ətrafında formalaşır. Hər gün yeni məlumatlar yayılır, sirlər açılır. Uzun müddət dövlətin faktiki ikinci şəxsi olmuş R.Mehdiyevin çevrəsi çox genişdir. Bu qatlar getdikcə aşkar olur. Yeni adlar, yeni iştirakçılar ortaya çıxır.Oktyabrın 14-də Ramiz Mehdiyevlə bağlı məhkəmənin həbs qərarı çıxarması ölkədə böyük təlatüm yaradıb. Onun ittiham olunduğu maddələrə diqqət yetirdikdə, məlum olur ki, sabiq Administrasiya rəhbəri ölkədə dövlət quruluşunu zorla dəyişdirmək kimi ağır cinayət əməlinə təşəbbüs göstərib. Bu məlumatın Azərbaycana Rusiya tərəfindən ötürüldüyü deyilir. Çünki o, bu addımlarına Rusiyadan dəstək istəyirmiş. Nəticədə, Moskva özünün “5-ci kolon” liderini satıb…

Ramiz Mehdiyev hələ vəzifədə olduğu dövrdə xaricdə məskunlaşmış və “söyüş müxalifəti” adlandırılan məlum dəstə ilə əlaqələrinin olduğu deyilirdi. Onun çevrəsindən həmin şəxslərə maliyyə və xəbərlər ötürüldüyü iddiaları indinin məlumatı deyil. R.Mehdiyevin daxildəki müxalifətlə də müəyyən əlaqələr qurduğuna dair şokedici bilgilər sıx-sıx yayılırdı. Məsələn, Ramiz Mehdiyevin xaricə bağlı QHT sədrlərinin, beynəlxalq media ilə bağlantısı olan jurnalistlərin arasında gizli əlaqələri barədə 7-8 il öncədən eşitmişdim. Belə çıxır, keçmiş Administrasiya rəhbəri Rusiyaya bağlı olsa da, Bakıdakı Qərb yönümlü şəbəkənin nümayəndələri ilə də əlaqə yaradıbmış.

Sual oluna bilər ki, bu adamın riskli addımlar atması – daxildəki və xaricdəki müxaliflərlə əlaqələr yaratması, Qərbə bağlı QHT, media cameəsini hərtərəfli qidalandırması hansı ehtiyacdan doğub? Fikrini aldığımız ekspertlərin rəylərinə görə, o, bütövlükdə vəziyyətə hökm etmək istəyib. Üstəlik, hakimiyyəti gərginlikdə saxlamağa çalışıb. Bu səpkili problemlər yaradıb, sonra onları üsulu ilə yoluna qoyaraq, Prezidentin yanında mövqelərini gücləndirmək məqsədi güdüb. Vazkeçilməzliyini, əvəzolunmazlığını sübut etməyə, təsdiqlətməyə ehtiyac duyub. Ağlabatan versiyalardır.

Məsələ bununla da yekunlaşmır. R.Mehdiyevin hakimiyyətə iddialı olduğu kimsəyə sirr deyil. Hələ mərhum prezident Heydər Əliyevin səhhətində problem yarananda Ramiz Mehdiyev ətrafına gizli tapşırıq veribmiş. Təşəbbüsü götürməyə hazırlıq aparırmış. Heydər Əliyevin xəstəxanadan Mir Şahinə verdiyi müsahibədəki bəyanatı və mesajı R.Mehdiyevə və onun kimi əl-ayağa düşənlərə şok yaşatdı. Mərhum dövlət başçısı bununla “hər şeydən xəbərim var, özünüzü yığışdırın” ismarışı yollamış oldu.

Amma yenə də Mehdiyev və çevrəsi dinc dayanmırdı. 1990-ci illərin sonları, 2000-ci illərin əvvəllərində ovaxtkı qəzetlər saray çəkişmələri haqda olduqca sərrast və maraqlı məlumatlar dərc edirdilər. Bu yazılarda post-Əliyev dövrünə sürətli hazırlıq aparıldığı, klanların mübarizəsinin qızışdığı haqda informasiyalar yer alırdı. Amma Heydər Əliyevin planı bu klanı iflic etdi. O, İlham Əliyevi özünün siyasi varisi elan etməklə, həm bu adamlara böyük zərbə vurdu, həm də Azərbaycanı xilas etdi. Ramiz Mehdiyevin hakimiyyətini təsəvvür etmək belə xoş deyil. Azərbaycan Rusiyanın əyalətinə, azərbaycanlılar Moskvanın köləsinə çevriləcəkdi… Son proseslər də göstərdi ki, Mehdiyevin siyasi və mənəvi “qibləsi” Kreml və Rusiya rəhbərliyidir.

Ramiz Mehdiyev klanına ən böyük zərbə onun Prezident Administrasiyanın rəhbəri vəzifəsindən uzaqlaşdırılması oldu. Amma o, AMEA-da yenidən gücləndi, alternativ idarəçilik yaratmağa cəhdlər göstərdi. Elmlər Akademiyasında bəzi nazirləri, komitə sədrlərini, deputatları toplayıb, göstərişlər verməyə başladı. Dövlət bu sürəcə dur deməliydi. Sözlə, ismarışla başa düşmədi. Üstəlik, məlumatlar gəlməkdə idi ki, R.Mehdiyev Azərbaycanın, dövlətin maraqlarını zədələyən prosesləri sürətləndirib.

2020-ci ilin avqust ayında – koronovirus pandemiyası vaxtında nəvəsinə Novxanıda etdiyi toyla o, dövlətə açıq şəkildə əzələ nümayiş etdirməyə həvəsləndi. Əslində toydan sonra baş verənlər dövlətin Mehdiyevin anti-Azərbaycan fəaliyyətinin qarşısını almaq üçün atılmış addım idi. Bu, başqa süs verilmiş xüsusi əməliyyat kimi də qiymətləndirilə bilər. Kürəkəninə, qudasına 15 sutka həbs cəzası verilməsi də sərt xəbərdarlıq idi. Bundan dərs çıxarmaq, özünə yığışmaq, ölkə başçısından üzrxahlıq etmək əvəzinə qoca bürokrat dövlətə qarşı yeni hücuma keçdi. AMEA-nın saytında kəskin məqalələr, açıqlamalar yaydırdı. Bütün bunlar onun Elmlər Akademiyasından uzaqlaşdırılması ilə nəticələndi.

Sən demə, o, boş dayanmayıb. 87 yaşına rəğmən Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək kimi dəhşətli plana rəhbərlik edib. Dövlət quruluşunun qanunsuz yolla dəyişdirilməsinə təşəbbüs göstərib. Bunları reallaşdırmaq üçün Rusiyadan kömək istəyib.
Moskva ona dəstək vermədi, əksinə, ələ verdi… Bundan sonra nələrin baş verəcəyi maraqlıdır. Bu cür ağır cinayətlərdə suçlanan biri belə əməlləri tək edə bilməzdi. Mütləq mütəşəkkil dəstəsi, müttəfiqləri, klanı, tərəfdarları olub.

Hazırda ictimaiyyəti iki sual düşündürür: Birincisi, R.Mehdiyevun suç ortaqları ifşa olunub, cəmiyyətə tanıdılacaqmı? İstintaqa cəlb ediləcəkmi? İkincisi, Ramiz Mehdiyevlə bağlı rəsmi açıqlama olacaqmı?

Azər Ayxan  
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see195

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see160

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see140

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri