Mehdiyevin gizli görüşləri, məxfi məlumatların ötürülməsi... | Icma.az
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ramiz Mehdiyev–Əli Kərimli–Milli Şura antidövlətçilik xəttinin iflası və ifşası Azərbaycanın siyasi sisteminə qarşı planlaşdırılan təxribatların mahiyyətini açıq şəkildə göstərdi.
Bir vaxtlar hakimiyyət strukturlarında mühüm rol oynayan, lakin sonradan siyasi meydanda öz təsir imkanlarını itirən Ramiz Mehdiyev üçün kənardan prosesləri manipulyasiya etmək əsas hədəfə çevrilmişdi.
Əli Kərimli isə uzun illərdir reallıqlara uyğunlaşmayan, cəmiyyətdən dəstək görməyən müxalifət iddiasını yalnız belə ittifaqlarla davam etdirməyə çalışırdı.
Nəticədə bu iki fiqur və “mifik struktur” arasında yaranan siyasi simbioz ölkədə qeyri-sabitlik yaratmaq, hakimiyyətə təzyiq göstərmək və nəhayət, dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirmək planlarının mərkəzinə çevrildi.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov son dövrdə ölkədə ifşa edilən antimilli qaragüruhu dəyərləndirərkən deyib.
Onun fikrincə, Cəmi Həsənlinin rəhbərlik etdiyi Milli Şura layihəsi həmin planın ön səhnəsi idi: “Formal olaraq müxalifət koalisiyası kimi təqdim olunan bu qurum, əslində, daxildən iflasa məhkum idi.
Çünki qurumun siyasi xəttini və qərarlarını müəyyən edən şəxslərin real ictimai dayaqları yox idi.
Tam oxu
Xəbəri oxu