Icma.az
close
up
RU
Mehdiyevin gizli görüşləri, məxfi məlumatların ötürülməsi...

Mehdiyevin gizli görüşləri, məxfi məlumatların ötürülməsi...

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ramiz Mehdiyev–Əli Kərimli–Milli Şura antidövlətçilik xəttinin iflası və ifşası Azərbaycanın siyasi sisteminə qarşı planlaşdırılan təxribatların mahiyyətini açıq şəkildə göstərdi. Bir vaxtlar hakimiyyət strukturlarında mühüm rol oynayan, lakin sonradan siyasi meydanda öz təsir imkanlarını itirən Ramiz Mehdiyev üçün kənardan prosesləri manipulyasiya etmək əsas hədəfə çevrilmişdi. Əli Kərimli isə uzun illərdir reallıqlara uyğunlaşmayan, cəmiyyətdən dəstək görməyən müxalifət iddiasını yalnız belə ittifaqlarla davam etdirməyə çalışırdı. Nəticədə bu iki fiqur və “mifik struktur” arasında yaranan siyasi simbioz ölkədə qeyri-sabitlik yaratmaq, hakimiyyətə təzyiq göstərmək və nəhayət, dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirmək planlarının mərkəzinə çevrildi.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov son dövrdə ölkədə ifşa edilən antimilli qaragüruhu dəyərləndirərkən deyib.

Onun fikrincə, Cəmi Həsənlinin rəhbərlik etdiyi Milli Şura layihəsi həmin planın ön səhnəsi idi:

“Formal olaraq müxalifət koalisiyası kimi təqdim olunan bu qurum, əslində, daxildən iflasa məhkum idi. Çünki qurumun siyasi xəttini və qərarlarını müəyyən edən şəxslərin real ictimai dayaqları yox idi. Milli Şura adına keçirilən mitinqlərin ardınca Ramiz Mehdiyevin kənardan diktə etdiyi digər tələblər və Əli Kərimlinin bu tələblərə kor-koranə əməl etməsi faktiki olaraq “icraçı-sifarişçi” modelini formalaşdırmışdı. Mehdiyev mitinqlərin davamlı olmasını, kütlənin küçələrə çıxarılmasını, sosial gərginliyin artırılmasını tələb edir, Kərimli isə bu prosesin önündə gedən əsas fiqur kimi təqdim olunurdu. Əslində isə, icra edilən planın arxasında qara qüvvələrin ölkədə xaos yaratmaq və siyasi sistemi təzyiq altında saxlamaq niyyəti dururdu. Əlbəttə ki, bu niyyət Mehdiyev – Kərimli alyansının sadəcə iqtidara qarşı deyil, bütün Azərbaycan xalqına açıq-aşkar düşmən mövqelərini ortaya qoyur.

Əli Kərimlinin “Qafqaz baharı” ssenarisi də bu kontekstdə diqqət çəkir. O, regionda baş verən geosiyasi dəyişikliklərin Azərbaycanda da analoji proseslər doğura biləcəyini düşünərək kənar güclərin dəstəyi ilə çevrilişə bənzər prosesləri stimullaşdırmağa çalışırdı. Bu məqsədlə Rusiyadakı müəyyən qruplar, həmçinin diaspora vasitəsilə maliyyə və informasiya dəstəyi təmin olunurdu. AXCP və Milli Şura xəttinin Rusiyadakı bir qisim azərbaycanlılar tərəfindən maliyyələşdirilməsi, bəzi şübhəli kanallarla əlaqələrin mövcudluğu artıq uzun müddətdir ictimai müzakirələrdə yer alırdı. Bu mexanizm həm siyasi, həm də media təsirinin xaricdən yönləndirildiyini aşkar şəkildə göstərirdi.

Mehdiyev və Kərimlini birləşdirən keçmiş əlaqələr də təsadüfi deyildi. Uzun illər ərzində eyni siyasi çevrədə fəaliyyət göstərmiş bu şəxslər sonradan müxtəlif səbəblərlə fərqli mövqelərə keçsələr də, hakimiyyətə münasibətdə ortaq narazılıq onların yollarını yenidən birləşdirdi. “Boz kardinal” obrazı ilə tanınan Ramiz Mehdiyevin gizli görüşləri, məxfi məlumatların ötürülməsi və proseslərin koordinasiyası barədə yayılan məlumatlar bu ittifaqın xəyanətkar mahiyyətini bir daha üzə çıxarır.Ehtimal etmək olar ki, istintaq nəticəsində bu şəxslərin həmçinin 1991-1992-ci illərdə Azərbaycanın vətəndaş müharibəsi astanasına gətirilməsində də aparıcı rol oynadıqları aşkar edilə bilər. Bu gün ölkədə daxili sabitliyi sarsıtmağı, cəmiyyətdə qütbləşmə yaratmaqla dövlətin idarəetmə sistemini zəiflətməyi və beynəlxalq imicini zədələməyi özlərinə hədəf olaraq seçən düşmən ünsürlərin o keşməkeşli illərdə ölkəni parçalayaraq marionet dövlətçiklərə ayırmaq kimi niyyətlərinin olması artıq heç kimi təəccübləndirməz.

Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Moskvanın Cənubi Qafqazdakı təsirini bərpa etmək planları da bu kontekstdə təsadüfi deyil. Çünki prosesin əsas daşıyıcılarından biri kimi AXCP-nin öndə getməsi, Mehdiyevin isə köhnə əlaqələrindən istifadə etməsi ehtimalı ciddi təhlükə yaradırdı. Lakin cəmiyyətin yetkinliyi, dövlət institutlarının gücü və milli həmrəylik Azərbaycanda belə avantürist planların reallaşmasını mümkünsüz edir. Mehdiyev–Kərimli ittifaqının iflası isə bir daha göstərdi ki, xəyanət üzərində qurulan heç bir siyasi strategiya uzunömürlü ola bilməz. Bu cür cəhdlərin vaxtında aşkarlanması da dövlətçiliyin möhkəmlənməsi və ölkənin sükanının etibarlı əllərdə olması qənaəti baxımından mühüm əhəmiyyət daşıyır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Dekabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri