GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Karmen” şirkətinin un kisələrindən siçanların çıxması ilə bağlı yayılan video sosial şəbəkələrdə ciddi narazılıq yaradıb.
Hadisə həm Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) un anbarlarına nəzarət mexanizmlərini gündəmə gətirib, həm də belə halların yarada biləcəyi sağlamlıq riskləri ilə bağlı narahatlığı artırıb.
İstehlakçılar bununla bağlı nəyə diqqət etməlidirlər? Buna görə hansı tədbirləri görmək lazımdır?
Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, belə hallarda mütləq şəkildə AQTA-ya məlumat verilməlidir: Eyyub Hüseynov “Siçanın həmin yerə hansı proses zamanı düşməsi ayrıca araşdırılmalı məqamdır.
Çünki müəssisədə buğdanın üyüdülməsi və kisələrin ağzının tikilməsi də daxil olmaqla bütün əməliyyatlar avtomatik avadanlıqlar vasitəsilə həyata keçirilir.
Fakt mövcuddursa, araşdırma da aparılmalıdır. Siçanlar insan orqanizmi üçün çox ciddi xəstəlik daşıyıcıları ola bilər”.
Qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov bildirib ki, burada əsas məsələ unun hansı şəraitdə saxlanılmasıdır: Ağa Salamov “Hansısa şirkətin təhvil verdiyi sexdə bu halın baş verməsi mümkündür.