Icma.az
close
up
RU
Mehdiyevlə adı hallanan sabiq deputatın başı dərddə: reallıq üzə çıxdı RƏSMİ

Mehdiyevlə adı hallanan sabiq deputatın başı dərddə: reallıq üzə çıxdı RƏSMİ

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Karmen” şirkətinin un kisələrindən siçanların çıxması ilə bağlı yayılan video sosial şəbəkələrdə ciddi narazılıq yaradıb. Hadisə həm Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) un anbarlarına nəzarət mexanizmlərini gündəmə gətirib, həm də belə halların yarada biləcəyi sağlamlıq riskləri ilə bağlı narahatlığı artırıb.

İstehlakçılar bununla bağlı nəyə diqqət etməlidirlər? Buna görə hansı tədbirləri görmək lazımdır?

Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, belə hallarda mütləq şəkildə AQTA-ya məlumat verilməlidir:

Eyyub Hüseynov

“Siçanın həmin yerə hansı proses zamanı düşməsi ayrıca araşdırılmalı məqamdır. Çünki müəssisədə buğdanın üyüdülməsi və kisələrin ağzının tikilməsi də daxil olmaqla bütün əməliyyatlar avtomatik avadanlıqlar vasitəsilə həyata keçirilir. Fakt mövcuddursa, araşdırma da aparılmalıdır. Siçanlar insan orqanizmi üçün çox ciddi xəstəlik daşıyıcıları ola bilər”.

Qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov bildirib ki, burada əsas məsələ unun hansı şəraitdə saxlanılmasıdır:

Ağa Salamov

“Hansısa şirkətin təhvil verdiyi sexdə bu halın baş verməsi mümkündür. Həmçinin ola bilər ki,“Karmen”in istehsal olunduğu müəssisədə un kisələrə yığılan zaman prosesə düzgün nəzarət edilməyib. Digər ehtimal isə məhsulların uyğun şəraitdə saxlanılmamasıdır. Bu zaman gəmirici və həşəratlara qarşı dərmanlama aparılmadığı üçün siçanlar un kisələrinə daxil ola bilər. İstisna deyil ki, “Karmen” anbara nəzarəti düzgün təşkil edib və dərmanlama prosesini yerinə yetirib. Çox güman ki, problem məhsulun kisə ilə daxil olduğu şöbədə, məsələn, şirniyyat sexində baş verib. Çünki əməkdaşlar qəbul zamanı kisələrin vəziyyətini yoxlamalıdırlar. Siçanı kisənin içinə yerləşdirərək ağzını tikməyiblər ki?! Deməli, o, haradasa kisəni deşərək içəri keçib. Un qəbul edilərkən bu niyə aşkarlanmayıb? Məsələ budur. Əgər qəbul zamanı heç bir problem görülməyibsə, bu halda məsuliyyət məhsulu qəbul edən sexin üzərinə düşür, çünki orada dərmanlama prosesi aparılmayıb. Bütün bunlar yalnız araşdırma nəticəsində dəqiqləşə bilər. Gigiyena qaydalarının harada pozulduğu mütləq müəyyən edilməlidir”.

Məsələ ilə bağlı AQTA-ya sorğu ünvanladıq. Qurumdan bildirildi ki, həmin görüntülər bir neçə il əvvələ aiddir.

Qeyd edək ki, “Karmen” şirkəti sabiq deputat, tanınmış iş adamı Əsabil Qasımova məxsusdur. Bu günlərdə onun adı dövlət çevrilişinə cəhd ittihamı ilə təqsirləndirilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə birgə hallanır. Qasımovun R.Mehdiyevin yaxın adamı olduğu, vaxtilə onun dəstəyi ilə deputat mandatı qazandığı deyilir. Lakin özü səsləndirilən iddialar haqda açıqlama verməyib.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri