Mehdiyevlərin bankı BOKT oldu

23.07.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ləğv prosesində olan "Bank BTB" ASC-nin bazasında yaradılmış "T-Kredit" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

"Yeni Sabah" xəbər verir ki, yeni BOKT Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 9 ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 1 milyon manat, qanuni təmsilçisi isə "Bank BTB"nin Maliyyə departamentinin direktoru Vüqar Rəfiyevdir. Toyuqlu pizza

Bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı 3-cü təcrübədir. Bundan əvvəl "Para Bank" ASC "Para" MMC BOKT-a, "Naxçıvan Bank" ASC isə "E-Kredit" MMC BOKT-a çevriliblər. İkincinin lisenziyası bu ilin may ayında ləğv olunub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu il martın 5-də qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB"nin müraciəti əsasında onun BOKT-a çevrilməsi formasında yenidən təşkil edilməsinə qabaqcadan razılıq verilib.

"Bank BTB" akademik Ramiz Mehdiyevin ailəsinə, daha doğrusu, gəlini Nigar İsmayıl qızı Mehdiyevaya məxsus idi.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью