Mehdiyevlərin bankı BOKT oldu
Icma.az, Yenisabah saytına istinadən bildirir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ləğv prosesində olan "Bank BTB" ASC-nin bazasında yaradılmış "T-Kredit" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
"Yeni Sabah" xəbər verir ki, yeni BOKT Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 9 ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 1 milyon manat, qanuni təmsilçisi isə "Bank BTB"nin Maliyyə departamentinin direktoru Vüqar Rəfiyevdir. Toyuqlu pizza
Bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı 3-cü təcrübədir. Bundan əvvəl "Para Bank" ASC "Para" MMC BOKT-a, "Naxçıvan Bank" ASC isə "E-Kredit" MMC BOKT-a çevriliblər. İkincinin lisenziyası bu ilin may ayında ləğv olunub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu il martın 5-də qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB"nin müraciəti əsasında onun BOKT-a çevrilməsi formasında yenidən təşkil edilməsinə qabaqcadan razılıq verilib.
"Bank BTB" akademik Ramiz Mehdiyevin ailəsinə, daha doğrusu, gəlini Nigar İsmayıl qızı Mehdiyevaya məxsus idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 23 İyul 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















