Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Dünyanın müxtəlif media platformalarını izləyərək, xəbərləri oxudum.
Xüsusilə, qərb mətbuatı hadisə ilə bağlı daha dəqiq və əsaslı məlumatlar təqdim edir.
Əvvəllər paylaşdığım bir çox məqamlar məhz bu mənbələrə əsaslanırdı.Qərb mətbuatına və faktlara əsaslansaq, təyyarə vurulub.
Bu, Rusiya tərəfindən baş vermiş ciddi bir cinayətdir və onun üstünü ört-basdır etmək cəhdləri açıq-aydındır".
Axşam.az xəbər verir ki, bu sözləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkədə yazıb.
Jurnalist bir neçə gün əvvəl AZAL-a məxsus Qroznıya uçan təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 13 yaşlı Məhəmmədəli Eqanovla bağlı bunları əlavə edib: "Mən sadəcə jurnalist və ya izləyici deyiləm, həm də anayam.Təyyarə qəzasında həyatını itirən 13 yaşlı futbolçu Məhəmmədəli Eqanovun görüntüləri ürəyimi param-parça etdi.
Günahsız qurbanların itkisini gördükcə, özümdən utandım. Biz böyüklər, cəmiyyət olaraq, zəif qaldıqca balalarımızın bu cür təhlükələrlə üz-ü