Icma.az
close
up
RU
Məhəmmədəlinin görüntüləri ürəyimi paramparça etdi

Məhəmmədəlinin görüntüləri ürəyimi paramparça etdi

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Dünyanın müxtəlif media platformalarını izləyərək, xəbərləri oxudum. Xüsusilə, qərb mətbuatı hadisə ilə bağlı daha dəqiq və əsaslı məlumatlar təqdim edir. Əvvəllər paylaşdığım bir çox məqamlar məhz bu mənbələrə əsaslanırdı.Qərb mətbuatına və faktlara əsaslansaq, təyyarə vurulub. Bu, Rusiya tərəfindən baş vermiş ciddi bir cinayətdir və onun üstünü ört-basdır etmək cəhdləri açıq-aydındır".

Axşam.az xəbər verir ki, bu sözləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkədə yazıb. Jurnalist bir neçə gün əvvəl AZAL-a məxsus Qroznıya uçan təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 13 yaşlı Məhəmmədəli Eqanovla bağlı bunları əlavə edib:

"Mən sadəcə jurnalist və ya izləyici deyiləm, həm də anayam.Təyyarə qəzasında həyatını itirən 13 yaşlı futbolçu Məhəmmədəli Eqanovun görüntüləri ürəyimi param-parça etdi. Günahsız qurbanların itkisini gördükcə, özümdən utandım. Biz böyüklər, cəmiyyət olaraq, zəif qaldıqca balalarımızın bu cür təhlükələrlə üz-üzə qalması qaçılmazdır. "Euronews" və digər qərb mətbuatı bildirir ki, təyyarənin pilotları təcili eniş üçün müraciət etsə də, zədələnmiş təyyarəyə Rusiyanın hava limanlarında yerə enmək icazəsi verilməyib. Bunun əvəzində heyətə Xəzər dənizi üzərindən Aktau istiqamətinə davam etmələri əmr edilib. Mənim şəxsi düşüncələrim belədir ki, Rusiya tərəfi təyyarəni bilərəkdən Xəzər üzərinə istiqamətləndirib ki, dənizə düşüb izi yox etsinlər. Əgər dənizə düşsəydi, təyyarənin vurulması ilə bağlı sübutlar əldə etmək çox çətin olardı. Lakin bizim qəhrəman pilotlarımız sərnişinlərin həyatını xilas etmək üçün öz həyatlarını fəda etdilər və Azərbaycanı daha böyük bəladan qorudular".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://axsam.az
archiveBu xəbər 28 Dekabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri