Məhkəmə 2.5 milyonluq dələduzluq edən sabiq polisin şikayətini rədd etdi | Icma.az
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ali Məhkəmədə 2.5 milyon manatlıq dələduzluqda təqsirləndirilən keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin barəsindəki qərardan verdiyi kassasiya şikayətinə baxılıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.
Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
İttihama görə, Xətai Rayon Polis İdarəsinin sabiq əməliyyat müvəkkili Elvin Həşimli sahibkar Möhkəm Səmədova biznes qurmaq məqsədilə yalan vədlər verərək, onun 2.5 milyon manatını dələduzluq yolu ilə ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işi üzrə məhkəmə prosesinin sonunda dövlət ittihamçısı E.Həşimliyə 12 il həbs cəzası tələb etsə də, məhkəmə fakt sübuta yetirilmədiyi qənaətinə gələrək ona bəraət verib.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlasa da, prokuror Ali Məhkəməyə kassasiya protesti verib.
Ali Məhkəmə protesti təmin edib, iş yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Tam oxu
Xəbəri oxu