Məhkəmə 2.5 milyonluq dələduzluq edən sabiq polisin şikayətini rədd etdi
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ali Məhkəmədə 2.5 milyon manatlıq dələduzluqda təqsirləndirilən keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin barəsindəki qərardan verdiyi kassasiya şikayətinə baxılıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
İttihama görə, Xətai Rayon Polis İdarəsinin sabiq əməliyyat müvəkkili Elvin Həşimli sahibkar Möhkəm Səmədova biznes qurmaq məqsədilə yalan vədlər verərək, onun 2.5 milyon manatını dələduzluq yolu ilə ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işi üzrə məhkəmə prosesinin sonunda dövlət ittihamçısı E.Həşimliyə 12 il həbs cəzası tələb etsə də, məhkəmə fakt sübuta yetirilmədiyi qənaətinə gələrək ona bəraət verib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlasa da, prokuror Ali Məhkəməyə kassasiya protesti verib. Ali Məhkəmə protesti təmin edib, iş yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Elvin Həşimli 10 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Aqil Vəlili
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 02 May 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















