Məhkəmə araşdırmasında prosessual hüququn tətbiqinin aktual məsələləri təlim

12.05.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 may, AZƏRTAC

Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Məhkəmə araşdırmasında prosessual hüququn tətbiqinin aktual məsələləri" mövzusunda 60 vəkil üçün distant formada təlim keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, təlimdə Vəkillər Kollegiyasının üzvü Samir İsayev prosessual təminatlar, məhkəmə təcrübəsi, hüquqi müdafiə mexanizmləri, məhkəmə nəzarəti qaydasında icraatla əlaqədar problemlər və digər əlaqəli məsələlər barədə müzakirələr aparıb. O, həmçinin mövzu üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini bölüşüb.

Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью