Məhkəmə araşdırmasında prosessual hüququn tətbiqinin aktual məsələləri təlim
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 12 may, AZƏRTAC
Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Məhkəmə araşdırmasında prosessual hüququn tətbiqinin aktual məsələləri" mövzusunda 60 vəkil üçün distant formada təlim keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, təlimdə Vəkillər Kollegiyasının üzvü Samir İsayev prosessual təminatlar, məhkəmə təcrübəsi, hüquqi müdafiə mexanizmləri, məhkəmə nəzarəti qaydasında icraatla əlaqədar problemlər və digər əlaqəli məsələlər barədə müzakirələr aparıb. O, həmçinin mövzu üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini bölüşüb.
Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.

Mülki məhkəmə icraatı ilə əlaqədar bir sıra prosessual müddətlər dəqiqləşdirilir
07 Noyabr 2024 12:48
Ali Məhkəmə vergi mübahisələri üzrə məsələləri müəyyənləşdirdi
04 Dekabr 2024 11:21
İlham Əliyev: Azərbaycan beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olub
14 Mart 2025 18:21
Ali Məhkəmə vergi mübahisələri üzrə məsələləri müəyyənləşdirdi KONKRET
04 Dekabr 2024 11:39
Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun iclası olub FOTO
27 Fevral 2025 15:18

