Mehran Əhmədli yüksək vəzifəyə təyin olundu

19.10.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Azərbaycan İnvestisiya Holdinqində (AİH) yeni təyinat olub.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Belə ki, Mehran Əhmədli İnzibati və rəqəmsal transformasiya üzrə Baş direktor müavini vəzifəsinə təyin edilib.

O, 2023-cü ildən bu təyinatadək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) fəaliyyət göstərib. Bu müddət ərzində əvvəlcə İcraya nəzarət və təhlil bölməsinin müdiri, sonra Planlaşdırma, icraya nəzarət və təhlil şöbəsi müdirinin müavini və daha sonra isə Planlaşdırma, icraya nəzarət və təhlil şöbəsinin müdiri vəzifələrində çalışıb. M.Əhmədli 2017-2023-cü illərdə isə İqtisadiyyat Nazirliyində işləyib. /İqtisadiyyat.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью