Mehran Əhmədli yüksək vəzifəyə təyin olundu
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Azərbaycan İnvestisiya Holdinqində (AİH) yeni təyinat olub.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Belə ki, Mehran Əhmədli İnzibati və rəqəmsal transformasiya üzrə Baş direktor müavini vəzifəsinə təyin edilib.
O, 2023-cü ildən bu təyinatadək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) fəaliyyət göstərib. Bu müddət ərzində əvvəlcə İcraya nəzarət və təhlil bölməsinin müdiri, sonra Planlaşdırma, icraya nəzarət və təhlil şöbəsi müdirinin müavini və daha sonra isə Planlaşdırma, icraya nəzarət və təhlil şöbəsinin müdiri vəzifələrində çalışıb. M.Əhmədli 2017-2023-cü illərdə isə İqtisadiyyat Nazirliyində işləyib. /İqtisadiyyat.az/
Bu mövzuda digər xəbərlər:Xəyyam Əhmədli dəfn olundu
03 Dekabr 2024 14:44
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu
03 Dekabr 2024 15:27
Baxış sayı:50
Bu xəbər 19 Oktyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















