Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Zəngəzur dəhlizi və ilahi ədalət naminə təkrarlanan tarix İlahi ədalət və tarixin təkrarlanması.
Hazırda bu iki deyimə bir qədər fəlsəfi yanaşmaq zərurəti var.
Mövcud zərurət çərçivəsində ilahi ədalət baxımından tarixin təkrarlanmasının fərqli təzahür formaları qaçılmazdır.
Yəni, zaman ayrı olsa da, oyunçular eynidir. Oyunçular eyni olsa da, durum başqadır.
Nəticədə ilahi ədalət özünü tarixdəki haqsızlıqlara qarşı demarş yükü daşımaqla göstərir, bütün daşları yerinə oturdur.
Azərbaycan müstəqillik illərində çox ədalətsizliklərlə üzləşdi.
Əslində, yaşadığımız faciə və məhrumiyyətlər zülm və iztirablarımızı təkrarlatdı. Düşündük ki, azı iki yüz ildir xoş gün görmürük.