Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Mehri marafonu və haqqımızın 43 kilometrlik diktəsi

Mehri marafonu və haqqımızın 43 kilometrlik diktəsi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zəngəzur dəhlizi və ilahi ədalət naminə təkrarlanan tarix

İlahi ədalət və tarixin təkrarlanması. Hazırda bu iki deyimə bir qədər fəlsəfi yanaşmaq zərurəti var. Mövcud zərurət çərçivəsində ilahi ədalət baxımından tarixin təkrarlanmasının fərqli təzahür formaları qaçılmazdır. Yəni, zaman ayrı olsa da, oyunçular eynidir. Oyunçular eyni olsa da, durum başqadır. Nəticədə ilahi ədalət özünü tarixdəki haqsızlıqlara qarşı demarş yükü daşımaqla göstərir, bütün daşları yerinə oturdur. 

Azərbaycan müstəqillik illərində çox ədalətsizliklərlə üzləşdi. Əslində, yaşadığımız faciə və məhrumiyyətlər zülm və iztirablarımızı təkrarlatdı. Düşündük ki, azı iki yüz ildir xoş gün görmürük. Çarizmin işğalı, bolşevik istilası, imperiya boyunduruğu, üstəlik, erməni mərəzi. Mərəz tariximizin hər dövründə canımızdan can sümürdü. Dözdük, əgər buna dözmək demək mümkündürsə...

Dözdük və anımızı gözlədik. O an 44 günlük Vətən müharibəsi zamanı yetişdi. Torpaqlarımızı bir-bir işğaldan qurtardıq, iki yüz ilin qisasını aldıq. Bizim olanı özümüzə qaytardıq. Müharibəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalandı. Sənədə Azərbaycan, Rusiya və Ermənistan liderləri imza atdılar. Bu, torpağımıza qəsb edənlərin vaxtilə bizdən aldıqlarının bizə məxsusluğunu təsdiqləmələri idi. Ancaq sonra onların imzalarının... O zaman hərəkətə keçib lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Ancaq bunlar ilahi ədalət baxımından yetərli oldumu? Yox!

Bəli, tarix ədalət çarxını çəkdiyimiz əziyyətlərin bərpa mükafatı kimi çevirir. Tarix haqq-ədalətin bərpası naminə təkrarlanır. Əvvəldə haqqında söz açdığımız fərqlilik elə budur. Bütün daşların yerinə oturması üçün bu təkrarlanma tam olmalıdır. Əlbəttə, zaman anlayışını nəzərə almalıyıq. Nəzərə almalıyıq ki, bu gün heç nədən mövcud olan, yerdən çıxma bir Ermənistan var. Əzəli və əbədi Azərbaycan torpaqları hesabına formalaşmış dövlət. 

Vəlvələdən, ya zəlzələdən mövcud olan Ermənistan dövləti BMT-də və digər beynəlxalq strukturlarda təmsil olunur. Onun ərazi bütövlüyünə və suverenliyinə sözümüz yoxdur. Ancaq üçtərəfli bəyanatın Naxçıvana maneəsiz yol məntiqi var. Prezident İlham Əliyevin 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirdiyi kimi: “Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər”.

Üçtərəfli bəyanatın diktə etdiyi məntiq çəkdiyimiz zülm və iztirabların mükafatıdır. Bu məntiq həm də 44 günlük müharibə qalibi kimi qazancımızdır. Söhbət cəmi 43 kilometrlik (Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol) qazanc payından gedir. Bu, təxminən, Marafon düzündən Afinaya qədər olan məsafə qədərdir. O məsafəni qaçmağa hazır fidippidlərimiz (Yunan-İran müharibəsi zamanı baş vermiş Marafon döyüşündə yunanların qələbə xəbərini çatdırmaq üçün 42 kilometr 194 metr məsafəni qaçan elçi Fidippid – red.) var. Onlar müqəddəs müharibəmizdəki qalibiyyətin son Zəfər müjdəsini verməyə hazır vəziyyətdədirlər. Onlar ilahi ədalətin bərpasına təşnədirlər. 

Mübarək Zəfərimizi təsdiqləyən üçtərəfli bəyanatın 9-cu bəndində göstərilir ki, “bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir...”

Buna görə Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib: “Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik?”

Bəli, biz heç nəyi gözləməməliyik. Fürsəti əldən verməməliyik. İlahi ədalət naminə çalışımalıyıq. Tarix budur ki, Zəngəzur dəhlizi kimi ad verdiyimiz Naxçıvana yol 1920-ci illərdə bizdən qoparılıb. Bu gün Ermənistan rəhbərliyi üçtərəfli bəyanatı az qala əhəmiyyətsiz sənəd kimi göstərir. O zaman sual olunur: 1920-ci ildə Zəngəzurun bizdən alınıb Ermənistana verilməsini təsdiqləyən sənədlərin hansı hüquqi və mənəvi dəyəri var idi? Heç bir! O sənədlər xalqımızın iradəsini əks etdirirdimi? Xeyr! 

Nəzərə alaq ki, 1929-cu ildə Ermənistan SSR tərkibində Mehri rayonu yaradılmışdı. O rayon ki, 1920-ci ildə ümumən Zəngəzurla bağlı üzləşdiyimiz tarixi ədalətsizliyin məhsulu idi. O rayon ki, hazırda Naxçıvana yolumuzu əngəlləyir. Əngəl aradan qalxmalıdır, Ermənistan tarixi ədalətsizliyə qarşı əsən Azərbaycan küləyinin qarşısında dayanmağa cəhd belə göstərməməlidir. Ölkənin rəhbərliyi tarixin fərqli tərzdə, bu dəfə ilahi ədalətin bərpası naminə təkrarlandığını anlamalıdır. Vaxtilə Zəngəzur itkimizdə rol oynayan sovet Rusiyası, Ermənistan SSR və Azərbaycan SSR idi. Bu gün üçtərəfli bəyanatda Rusiya da var, Ermənistan da. Ən əsası isə sənəddə qüdrətli və güclü Azərbaycanın imzası yer alır. 

Azərbaycan öz imzasına hörmətlə yanaşılmasında israrlıdır. Bu, Prezident İlham Əliyevin müsahibəsində diqqətə çatdırdığı fikirlərdən də görünür, dövlətimizin başçısının əvvəlki açıqlamalarında da. Məsələn, cənab Əliyev 2021-ci il yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı bildirmişdi:  “Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək”.

Prezident Əliyev 2021-ci ildə də ölkəmizin Zəngəzur dəhlizini icra edəcəyinə dair əminlik də yaratmışdı: “Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik. İstəməsə də, zorla həll edəcəyik. Necə ki, mən demişdim müharibədən əvvəl və müharibə dövründə ki, öz xoşunuzla rədd olun bizim torpağımızdan, yoxsa zorla sizi çıxardacağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun çəkilişi, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər edilib ki, bu layihə icra edilsin və beləliklə 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura Azərbaycan xalqı qayıdacaqdır”.

Sonda bir daha ilahi ədalət barədə. Bəli, Azərbaycan xalqı Zəngəzura qayıdacaq. Çünki bu, fərqli tərzdə təkrarlanan tarixin ədalət diktəsidir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat ötən əsrin 20-ci illərində bizdən  Zəngəzurun qoparılmasına səbəb olmuş bütün sənədlərdən qat-qat üstün mahiyyətə malikdir. Həm də ona görə ki, ədalətimizi bərpa etmək üçün yenilməz iradəyə və qətiyyətə, ən əsası müstəqil dövlətə sahibik. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan və havadarları bizi əsəbləşdirməsinlər və “başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”.

XQ-nin analitik qrupu 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Yanvar 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri