Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 225.3, 308.2-ci maddələri ilə təqsirləndirilən şəxslər- Abasquliyeva Mehriban Adil qızı, Əhmədli Elnur Bəylər oğlu və Mustafayev Hamlet Ziyadxan oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Mehriban Abasquliyevanın vəkili Əliövsəd Abasov çıxış edərək hakimə bildirib ki, "14 noyabrda sizə müraciət etmişəm mütəxəssisin iştirakı ilə hadisə yerinə baxış keçirək.
Bizi mərkəzə içəri buraxmırlar". Hakim Leyla Əsgərova-Məmmədova təqsirləndirilən şəxs Mehriban Abasquliyevaya sərbəst ifadə verməyi təklif e
Təqsirləndirilənin vəkilləri isə müvəkkillərinin hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildiriblər.
Dövlət ittihamçısı Orxan Səmədov Mehriban Abasquliyevanın ifadə vermək istəmədiyini ifadə verməmək kimi qiymətləndirdi və onun ibtidai istintaqda verdiyi ifadəsini elan etdi.
İttiham aktından məlum olub ki, Mehriban Abasquliyeva cəmi 11 ay Perinetal Mərkəzin direktoru işləyib.
Ancaq vəkil Əliövsəd Abasov müvəkkilinin ibtidai istintaqda verdiyi sonuncu ifadəsinin elan olunmasını istəyib və hakim vəkilin təklifi ilə razılaşıb nəinki sonuncu ifadəsini onun verdiyi bütün ifadələri elan edib.