Icma.az
close
up
RU
Mehriban Abasquliyeva məhkəmədə ifadə verməkdən imtina etdi

Mehriban Abasquliyeva məhkəmədə ifadə verməkdən imtina etdi

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 225.3, 308.2-ci maddələri ilə təqsirləndirilən şəxslər- Abasquliyeva Mehriban Adil qızı, Əhmədli  Elnur Bəylər oğlu və Mustafayev Hamlet Ziyadxan oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Mehriban Abasquliyevanın vəkili Əliövsəd Abasov çıxış edərək hakimə bildirib ki, "14 noyabrda sizə müraciət etmişəm mütəxəssisin iştirakı ilə hadisə yerinə baxış keçirək. Bizi mərkəzə içəri buraxmırlar".

Hakim Leyla Əsgərova-Məmmədova təqsirləndirilən şəxs Mehriban Abasquliyevaya sərbəst ifadə verməyi təklif edib. Təqsirləndirilənin vəkilləri isə müvəkkillərinin hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildiriblər. 
Dövlət ittihamçısı Orxan Səmədov Mehriban Abasquliyevanın ifadə vermək istəmədiyini ifadə verməmək kimi qiymətləndirdi və onun ibtidai istintaqda verdiyi ifadəsini elan etdi. İttiham aktından məlum olub ki, Mehriban Abasquliyeva cəmi 11 ay Perinetal Mərkəzin direktoru işləyib. Ancaq vəkil Əliövsəd Abasov müvəkkilinin ibtidai istintaqda verdiyi sonuncu ifadəsinin elan olunmasını istəyib və hakim vəkilin təklifi ilə razılaşıb nəinki sonuncu ifadəsini onun verdiyi bütün ifadələri elan edib. 

Məhkəmə prosesi fevral ayının 10-na kimi təxirə salındı.

Xatırladaq ki, bu il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, istintaqla müəyyən olunub ki, "Respublika Perinatal Mərkəzin" Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. 

Qeyd edək ki, hər üç şəxs barəsində "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Seymur Əli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Yanvar 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri