Mehriban Abasquliyeva TƏBİBdən məhkəməyə şikayət etdi: Dərəbəylik edirlər, basqın etməli d…
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq. Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə araşdı
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclas yenə gərgin başlayıb.
Hadisə baş verən dövrdə Mərkəzin direktoru işləmiş Mehriban Abasquliyevanın vəkili TƏBİB-dən məhkəməyə şikayət edib.
Müdafiəçi deyib ki, onlar mütəxəssislə hadisə yerinə baxış keçirmək istəsələr də, onlara icazə vermirlər.
Səbəb kimi isə məhkəmə istintaqının getdiyini göstərirlər: “Bizə heç kim icazə vermir. Dərəbəylik edirlər.
Basqın etməli deyilik ki…”, - müdafiəçi əlavə edib. Hakim bəyan edib ki, baxışa maneə yaradılmamalıdır.
Amma rəsmi sənəd olmadığı halda məhkəmə nə isə qərar qəbul edə bilməz.
Prosesin davamında təqsirləndirilən Mehriban Abasquliyevaya sərbəst ifadə vermək təklif edilib.
Tam oxu
Xəbəri oxu