Icma.az
close
up
RU
Mehriban Abasquliyeva TƏBİBdən məhkəməyə şikayət etdi: Dərəbəylik edirlər, basqın etməli deyilik ki…” Məhkəmə iclası (YENİLƏNİB)

Mehriban Abasquliyeva TƏBİBdən məhkəməyə şikayət etdi: Dərəbəylik edirlər, basqın etməli deyilik ki…” Məhkəmə iclası (YENİLƏNİB)

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə araşdırması davam edir.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclas yenə gərgin başlayıb.

Hadisə baş verən dövrdə Mərkəzin direktoru işləmiş Mehriban Abasquliyevanın vəkili TƏBİB-dən məhkəməyə şikayət edib.

Müdafiəçi deyib ki, onlar mütəxəssislə hadisə yerinə baxış keçirmək istəsələr də, onlara icazə vermirlər. Səbəb kimi isə məhkəmə istintaqının getdiyini göstərirlər:

“Bizə heç kim icazə vermir. Dərəbəylik edirlər. Basqın etməli deyilik ki…”, - müdafiəçi əlavə edib.

Hakim bəyan edib ki, baxışa maneə yaradılmamalıdır. Amma rəsmi sənəd olmadığı halda məhkəmə nə isə qərar qəbul edə bilməz.

Prosesin davamında təqsirləndirilən Mehriban Abasquliyevaya sərbəst ifadə vermək təklif edilib. Amma xanım müttəhim indiki mərhələdə danışmaq istəməyib.

Prokuror Orxan Səmədov təqsirləndirilən şəxsin cavabının ifadədən imtina kimi qəbul edilməsini təklif edib.

Hakim də ittihamçının təklifini dəstəkləyib. 

Bundan sonra eks-direktorun istintaq dövründə verdiyi ifadələrinin elanı başlayıb.

Mehriban Abasquliyevaya müstəntiqə deyib ki, yanğın başlayan vaxt evdə olub. Hadisə barədə ona mamaça zəng edərək məlumat verib:

“Dərhal FHN-ə zəng etdim, tez evdən çıxıb iş yerinə yollandım. Yolun yarısında artıq havaya alov qalxdığını gördüm. 
Müəyyən edildi ki, yanğın intensiv terapiya şöbəsində baş verib. Bundan əvvəl bir dəfə də qısaqapanma nəticəsində Mərkəzdə yanğın çıxmışdı. Həmin hadisənin qarşısı qısa müddətdə alındı. Mən cəmi 11 ay direktor işləmişəm. Halbuki məndən əvvəl eyni vəzifənin icrası 3 ilə yaxın Məryəm Rzayevaya tapşırılıb”.

O, ifadəsinin davamında özünü təqsirli bilmədiyini qeyd edərək deyib ki, yanğın təhlükəsizliyi ilə bağlı nasaz avadanlıqlar Məryəm Rzayevanın dövründən qalıb.

“Qalan sualları da o, cavablandırmalıdır. O, həmçinin məsul işçilərin də fəaliyyətindən şikayətlənərək, “400 nəfərin yerinə işləyə bilməzdim axı… Problemlər barədə mənə vaxtında məlumat verməli idilər”, - M.Abasquliyeva vurğulayıb. 

Xatırladaq ki, hadisə ötən ilin yanvarında baş verib. Yanğında 7 körpə həyatını itirib. 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

***

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi davam etdirilib.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Mehriban Abasquliyevaya sərbəst ifadə verməyi təklif edib.

Təqsirləndirilənin vəkilləri isə müvəkkillərinin hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildiriblər.

Dövlət ittihamçısı Mehriban Abasquliyevanın ifadə vermək istəmədiyini ifadə verməmək kimi qiymətləndirilib. Onun ibtidai istintaqda verdiyi ifadəsini elan edib.

İttiham aktından məlum olub ki, Mehriban Abasquliyeva cəmi 11 ay Perinetal Mərkəzin direktoru işləyib. Ancaq vəkil Əliövsəd Abasov müvəkkilinin ibtidai istintaqda verdiyi sonuncu ifadəsinin elan olunmasını istəyib və hakim vəkilin təklifi ilə razılaşıb.

Məhkəmənin növbəti prosesi fevral ayının 10-da keçiriləcək.

Qeyd edək ki, bu il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 2022-ci il dekabrın 27-də Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib(Report).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://mia.az
archiveBu xəbər 13 Yanvar 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see257

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see247

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see201

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see199

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see199

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see160

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see138

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri