GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tanınmış jurnalist Yadigar Cəfərli son müzakirələr fonunda Məhsəti Gəncəvi haqqında 16 maraqlı məqamı bölüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. “Filmi görmədiyimdən bu barədə nəsə deyə bilmirəm.
Bununla belə, getdikcə daha dərindən əmin oluram ki, istənilən filmin də, başqa hər hansısa işin də bir ayağı mütləq elmi həqiqət və dəlillərə söykənməlidir.
Bunlar isə kitabxanalardadır”, – o bildirib. Jurnalist akademik Rafael Hüseynovun 1989-cu ildə çapdan çıxmış “Məhsəti necə varsa” kitabına i
Həmin 16 məqamı təqdim edirik: 1.Məhsəti haqqında bildiyimiz məlumatların çoxu XII əsrə aid edilən “Məhsəti və Əmir Əhməd” dastanındandır.
2.Məhsəti barədə ilk təzkirə məlumatı Həmdullah Qəzvininin 1330-cu ildə qələmə aldığı “Tarixe-qozide” əsərindədir.
Müəllif burada şairə haqqında ötəri yazıb. Onun yaxşı rübailərinin olduğunu qeyd edib.