Icma.az
close
up
RU
Məhsəti Gəncəvi kişi olub? 16 inanılmaz məqam üzə çıxdı

Məhsəti Gəncəvi kişi olub? 16 inanılmaz məqam üzə çıxdı

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tanınmış jurnalist Yadigar Cəfərli son müzakirələr fonunda Məhsəti Gəncəvi haqqında 16 maraqlı məqamı bölüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

“Filmi görmədiyimdən bu barədə nəsə deyə bilmirəm. Bununla belə, getdikcə daha dərindən əmin oluram ki, istənilən filmin də, başqa hər hansısa işin də bir ayağı mütləq elmi həqiqət və dəlillərə söykənməlidir. Bunlar isə kitabxanalardadır”, – o bildirib.

Jurnalist akademik Rafael Hüseynovun 1989-cu ildə çapdan çıxmış “Məhsəti necə varsa” kitabına istinad edərək məlumatları yazıb.

Həmin 16 məqamı təqdim edirik:

1.Məhsəti haqqında bildiyimiz məlumatların çoxu XII əsrə aid edilən “Məhsəti və Əmir Əhməd” dastanındandır.

2.Məhsəti barədə ilk təzkirə məlumatı Həmdullah Qəzvininin 1330-cu ildə qələmə aldığı “Tarixe-qozide” əsərindədir. Müəllif burada şairə haqqında ötəri yazıb. Onun yaxşı rübailərinin olduğunu qeyd edib.

3.Məhsəti Tacəddin Əhməd ibn Xətibi Gəncə adlı adama ərə gedibmiş. Həmdullah Qəzvini şairənin ərinin Sultan Mahmud Qəznəvi ilə eyni dövrdə yaşadığını, yaxşı şeirlər qoşduğunu, arada xanımı ilə deyişdiyini də yazıb. Amma sonralar tədqiqatçılar, Həmdullah Qəzvinini səhv çıxarıblar. Elmi rəylərə görə, şairənin eyni dövrdə yaşadığı bu Sultan Mahmud tamam ayrı Sultan Mahmuddur. Yəni, Firdovsiyə “Şahnamə”ni yazdırıb axırda kişinin qonorarını vermək işini dəbbələyən padşah deyil. Sultan Mahmud ibn Sultan Məhəmməd ibn Məlikşahdır. Daha bu Sultan Mahmud ibn Sultan Məhəmməd ibn Məlikşah özü kimmiş, nə gizlədim, bilmirəm.

4.Məhsəti nə vaxt anadan olub, nə vaxt dünyadan köçüb bəlli deyil. Bununla belə bəzi tarixi faktların tutuşdurulma-müqayisəsi doğum ili kimi izləri təxminən 1089-cu ilə aparır. Uzun bir ömür yaşayıb. Hardasa yetmişi aşırıb. Ahıl yaşlarında da saraya gedib-gəlirmiş və ona yüksək ehtiram göstərirmişlər.

5.A.Russo soyadlı bir alimin fərziyyəsinə görə, Məhsəti qadın yox, kişiymiş. Maraqlıdır ki, Məhsətinin “dvoyniki” də varmış. Məşhur şərqşünas Y.E.Bertels isə hesab edirmiş ki, Məhsəti təxəllüslü şairə ümumən olmayıb, ona, tarixi şəxsiyyət yox, mifik varlıq kimi yanaşmaq lazımdır.

6.Məhsəti tarixi şəxsiyyət kimi həqiqətən yaşayıbsa, sənəti dəbirlikmiş. Yəni sarayın ümumi şöbəsinin işçisi kimi əsasən kargüzarlıq, sənədlərin üzünün köçürülməsi, yeri düşəndə “buxalter”liklə məşğul olub halal çörəkpulunu qazanırmış. Buna görə ləqəbi də Dəbirmiş, əsl adı isə Mənicə. Yozumlara görə ona verilmiş Məhsəti təxəllüsü “Böyük xanım”, ya da “Ay üzlü xanım” mənası verir.

7.Yazdığı erotik şeirlərə rəğmən Məhsəti əxlaqsız qadın olmayıb. Onunla eyni vaxtda yaşamış Fəridəddin Əttar hətta onu “Pak Məshəti” adlandırırdı. Şairənin şəhərin cavan oğlanlarına açıq-saçıq misralar qoşması isə o dövrün şəhər mədəniyyətinin mühüm parçası olan şəhraşub şeir janrının mahiyyətindən gəlir. Yənu Anadolu türkləri demiş, bunlar hamısı xəyal ürünüdür, Məhsətinin bu yazdığı fantaziyaların hamısını özünün də yaşamasına qətiyyən dəlalət eləmir.

8.Məhsəti indiyə qədər tanıdığımız ilk qadın şahmatçımızdır. Dastana əsaslansaq, şahmatdan başqa musiqi təhsili də almışdı. Muğamı bilir, çəng, ud və bərbətdə ifanı bacarırdı.

9.Ömər Xəyyamın adına çıxılan təxminən 250-ə qədər rübai əslində Məhsətiyə aiddir. Amma hansılardır, ayırd etmək müşküldür.

10.Məhsəti “Divanı”nın ən mükəmməl nəşri ötən əsrin 60-cı illərinə aid Frits Meyer nəşri sayılır, orada 258 rübai və 21 poetik parça cəmləşib.

11.Qədim Elladadan çıxmış məşhur şairə Sapfo ilə Məhsətinin həm şəxsiyyəti, həm yaradıcılığı, həm də haqqında qoşulmuş əfsanələr, rəvayətlər, söyləmlər arasında çox qəribə yüzdəyüz bənzərliklər görünür.

12.“Məhsəti və Əmir Əhməd” dastanında Məhsətinin məzarının Nizaminin məqbərəsinin yanında olması barədə qeyd var. 1923-cü ildə aparılmış qazıntı zamanı Nizaminin qəbrinin yanında həqiqətən bir qadın qəbri tapılıb. Bu qadın qəbri kimindir, hələ də bilinmir.

13.Əgər indiyədək dağıtmayıblarsa, Əfqanıstanın Taşqorqan adlı yerində Məhsətinin adını daşıyan qız məktəbi var.

14.Şairənin hamıya tanış olan məşhur rəsmini xalq rəssamı Güllü Mustafayeva (1919-1994) 1947-ci ildə çəkib.

15.Mərhum Hüseyn Cavidin fitri istedadlı oğlu Ərtoğrul Cavid Məhsəti haqqında opera yazırmış, ölüm imkan verməyib, yarımçıq qalıb.

16.“Məhsəti və Əmir Əhməd dastanının bizə gəlib çatmış XV əsr nüsxəsindən maraqlı bir məqam: Məhsəti doğulanda atası falabaxan gətirib tas qurdurur, qızının gələcək taleyini öyrənmək istəyir. Falçı baxıb deyir ki, kişi, qızın bədbəxt oldu getdi, bu, böyüyüb şairə olacaq.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura “Məhsəti” qısametrajlı filminin Bakı Film Festivalında nümayişinə razılıq verməyib. Rəsmi açıqlamada bildirilib ki, filmdə Məhsəti Gəncəvinin obrazı təhrif olunur, etik-normativ çərçivələr pozulur və şairənin ideya-mənəvi irsi ilə ziddiyyət təşkil edən səhnələrə yer verilir. Sözügedən filmin rejissoru və ssenari müəllifi sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qaradır.

Günel Cəlil
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Dekabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri