Icma.az bildirir, Xalqcebhesi portalına istinadən. Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov 5 dekabr – Be
Hörmətli “MEK könüllüləri”, Könüllülük bu gün Azərbaycanda geniş yayılmış və gənclərimizin həyat tərzinə çevrilmiş ən dəyərli sosial hərəkat
Dövlət səviyyəsində göstərilən dəstək nəticəsində ölkəmizdə könüllülük sistemi formalaşmış, gənclərin sosial, humanitar və mədəni layihələrd
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası da bu ümummilli hərəkatın fəal iştirakçılarından biridir.
AMEA prezidentinin dəstəyi ilə 24 iyun 2024-cü il tarixli əmrə əsasən ölkənin kitabxana məkanında ilk dəfə olaraq Mərkəzi Elmi Kitabxanada “MEK könüllüləri” proqramı istifadəyə verilib.
Qısa müddətdə bu proqram kitabxana işi sahəsində real təcrübə qazandıran, gəncləri peşəkar kitabxanaçı kimi formalaşdıran mühüm platformaya çevrilib.
Fəaliyyətə başladığınız ilk gündən etibarən nümayiş etdirdiyiniz məsuliyyət, intizam, təşəbbüskarlıq və nümunəvi davranış MEK kollektivinin hər bir üzvü tərəfindən yüksək qiymətləndirilir.
Kitabxanamızın 100 illik yubileyinə təsadüf edən bu dövrdə göstərdiyiniz xidmət yalnız iş yükünün bölüşdürülməsi ilə məhdudlaşmır - siz MEK-in modern, açıq və gənclər-orientasiyalı imicinin formalaşmasına mühüm töhfə verirsiniz.