Icma.az
close
up
RU
MEK direktoru “MEK könüllüləri”ni təbrik edib

MEK direktoru “MEK könüllüləri”ni təbrik edib

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə “MEK könüllüləri”ni təbrik edib.

Hörmətli “MEK könüllüləri”,

Könüllülük bu gün Azərbaycanda geniş yayılmış və gənclərimizin həyat tərzinə çevrilmiş ən dəyərli sosial hərəkatlardan biridir. Dövlət səviyyəsində göstərilən dəstək nəticəsində ölkəmizdə könüllülük sistemi formalaşmış, gənclərin sosial, humanitar və mədəni layihələrdə fəal iştirakı üçün geniş imkanlar yaranmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası da bu ümummilli hərəkatın fəal iştirakçılarından biridir. AMEA prezidentinin dəstəyi ilə 24 iyun 2024-cü il tarixli əmrə əsasən ölkənin kitabxana məkanında ilk dəfə olaraq Mərkəzi Elmi Kitabxanada “MEK könüllüləri” proqramı istifadəyə verilib. Qısa müddətdə bu proqram kitabxana işi sahəsində real təcrübə qazandıran, gəncləri peşəkar kitabxanaçı kimi formalaşdıran mühüm platformaya çevrilib.

Fəaliyyətə başladığınız ilk gündən etibarən nümayiş etdirdiyiniz məsuliyyət, intizam, təşəbbüskarlıq və nümunəvi davranış MEK kollektivinin hər bir üzvü tərəfindən yüksək qiymətləndirilir. Kitabxanamızın 100 illik yubileyinə təsadüf edən bu dövrdə göstərdiyiniz xidmət yalnız iş yükünün bölüşdürülməsi ilə məhdudlaşmır - siz MEK-in modern, açıq və gənclər-orientasiyalı imicinin formalaşmasına mühüm töhfə verirsiniz. Sizin fəal iştirakınız sayəsində kitabxanada maraqlı, sosial yönümlü və genişmiqyaslı layihələr, eləcə də müxtəlif tədbirlər uğurla həyata keçirilib.

Artıq üçüncü çağırışı həyata keçirilən proqram çərçivəsində könüllülərimiz kitabxana işinin müxtəlif istiqamətlərinə cəlb olunaraq praktiki bilik və bacarıqlar əldə edir, kitabxananın fəaliyyət səmərəliliyinin artırılmasına yaxından dəstək verirlər. Bu, həm kitabxanaya və oxuculara göstərilən diqqətin nümunəsidir, həm də gənclərin bu sahəyə marağının artmasına böyük töhfədir. MEK-in gənclərlə əməkdaşlığa verdiyi xüsusi önəm sayəsində rəqəmsallaşma prosesindən tutmuş sosial layihələrə qədər bir çox işlər onların fəal iştirakı ilə daha dinamik şəkildə həyata keçirilir.
Beynəlxalq Könüllülər Günü münasibətilə “MEK könüllüləri”ni səmimi-qəlbdən təbrik edir, fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Sizin enerjiniz, ideyalarınız və əməyiniz kitabxanamızın inkişafına əvəzsiz töhfədir.
Uğurlarınız bol olsun!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Dekabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri