Meksikada kiçik ölçülü təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

03.11.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Meksikanın İdalqo ştatında kiçik ölçülü təyyarə qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksika Mülki Aviasiya Federal Agentliyi (AFAC) açıqlama yayıb.

Bildirilib ki, “Cessna 210” təyyarəsi İdalqo ştatındakı Paçuka hava limanından Morelos ştatındakı Kuernavaka beynəlxalq hava limanına uçurdu.

Təyyarə Paçukanın Venta Prieta məhəlləsindəki yaşayış məntəqəsinə düşüb. Qəza zamanı təyyarədə olan hər iki nəfər həlak olub.

Qəzadan sonra hadisə yerinə Mülki Müdafiə, yanğınsöndürmə və təhlükəsizlik qrupları göndərilib.

Qəzanın səbəbini müəyyən etmək üçün inzibati araşdırma başladılıb.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью