Meksikada kiçik ölçülü təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Meksikanın İdalqo ştatında kiçik ölçülü təyyarə qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksika Mülki Aviasiya Federal Agentliyi (AFAC) açıqlama yayıb.
Bildirilib ki, “Cessna 210” təyyarəsi İdalqo ştatındakı Paçuka hava limanından Morelos ştatındakı Kuernavaka beynəlxalq hava limanına uçurdu.
Təyyarə Paçukanın Venta Prieta məhəlləsindəki yaşayış məntəqəsinə düşüb. Qəza zamanı təyyarədə olan hər iki nəfər həlak olub.
Qəzadan sonra hadisə yerinə Mülki Müdafiə, yanğınsöndürmə və təhlükəsizlik qrupları göndərilib.
Qəzanın səbəbini müəyyən etmək üçün inzibati araşdırma başladılıb.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:Yunanistanda kiçik ölçülü təyyarə qəzaya uğrayıb 2 ölü
19 Oktyabr 2026 09:33
Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb
16 Dekabr 2025 02:19
Yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
29 Sentyabr 2025 21:28
Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb
04 Oktyabr 2026 17:33
Meksikada təyyarə qəzası nəticəsində 7 nəfər ölüb
23 Dekabr 2024 06:11
Baxış sayı:137
Bu xəbər 03 Noyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















