Meksikaya məxsus hərbi gəmi Nyu Yorkda Bruklin körpüsünə çırpılıb

18.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Vaşinqton, 18 may, AZƏRTAC

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təlim gəmisi tanışlıq gəzintisi zamanı Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb.

AZƏRTAC-ın məlumatına görə, hadisə yerli vaxtla saat 20:26 radələrində (Bakı vaxtilə 04:26) baş verib. Qəza nəticəsində 3-ü ağır olmaqla, 20 nəfərin yaralandığı bildirilir. Nyu-York Polis Departamentinin yaydığı məlumata görə, hazırda çoxlu sayda insana yardım göstərilir. Lakin, hadisənin səbəbləri və xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.

Gəminin göyərtəsində 200-dən çox sərnişin olub.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью