Meksikaya məxsus hərbi gəmi Nyu Yorkda Bruklin körpüsünə çırpılıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Vaşinqton, 18 may, AZƏRTAC
Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təlim gəmisi tanışlıq gəzintisi zamanı Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb.
AZƏRTAC-ın məlumatına görə, hadisə yerli vaxtla saat 20:26 radələrində (Bakı vaxtilə 04:26) baş verib. Qəza nəticəsində 3-ü ağır olmaqla, 20 nəfərin yaralandığı bildirilir. Nyu-York Polis Departamentinin yaydığı məlumata görə, hazırda çoxlu sayda insana yardım göstərilir. Lakin, hadisənin səbəbləri və xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.
Gəminin göyərtəsində 200-dən çox sərnişin olub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Bruklin körpüsünə çırpılıb
18 May 2025 14:32
Nyu Yorkda hərbi gəmi Bruklin körpüsünə çırpılıb, 2 nəfər ölüb, 17 nəfər yaralanıb VİDEO
18 May 2025 14:00
Meksika HDQ nin gəmisi Bruklin körpüsünə çırpılıb: 19 nəfər... YENİLƏNİB
18 May 2025 09:03
Nyu Yorkda Bruklin körpüsündə bayram atəşfəşanlığı zamanı yanğın baş verib
05 İyul 2026 09:35
Meksika gəmisi Bruklin körpüsünə çırpıldı Anbaan görüntülər
18 May 2025 13:58
Baxış sayı:179
Bu xəbər 18 May 2025 06:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















