Məktəbdə bədbəxt hadisə Müəllim və şagirdlər yaralandı

06.12.2024

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Dekabrın 6-da Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.

"Unikal" xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub. 

Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.  

Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 

Qeyd edirik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən pedaqoji heyət və şagirdlərin sağlamlığı və təhlükəsizliyinə həssaslıqla yanaşılır. Bu istiqamətdə təhsil müəssisələrinin rəhbərlərinə mütəmadi olaraq müvafiq tapşırıqlar verilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью